Din

Allah evləri: dünyanın ən böyük məscidləri - SİYAHI - FOTO

13 Sentyabr 2011 07:00
0 Şərh     Baxış: 3 448
Müsəlmanlar bu Allah evlərinə yığışır, ibadət edir, namaz qılırlar. Turistlər isə tarixi və memarlıq şedevrləri olan bu binalara baxmaq üçün məscidlərə axışırlar.

Milli.Az xəbər portalı "National Geographic"ə istinadən dünyanın ən böyük, gözəl və möhtəşəm məscidlərini təqdim edir.





Sultan Əhməd



Səyahətə Türkiyədən başlayaq. İstanbul əsrlər boyu bir çox imperiyaların paytaxtı olmuş möhtəşəm şəhərdir.

Osmanlı xanədanı dönəmində sultan I Əhməd sabiq Konstantinopolun mərkəzində, Bizans imperiyası dönəmlərində cıdırın olduğu yerdə nəhəng məscid tikdirmək qərarına gəldi.
Tikinti sultanın 19 yaşı olanda, 1609-cu ilin avqustunda başladı və 6 il davam etdi.

"Mavi" adlanan məscidin 6 minarəsi var. Kiçik günbəzlər dəstəsi böyük günbəzdən ahəstə şəkildə aşağı enir. Bəzən axşam saatlarında günbəzlər və minarələrin damları mavi rəngə çalsa da, məscidin adı iç divarların bəzədildiyi mavi kaşı ilə bağlıdır.

Məscidin yaxınlığında Sultan I Əhmədin sərdabəsi var.

Mavi Məscid böyüklüyünə və gözəlliyinə görə İstanbulunn ən gözəl məscidi olmaqla yanaşı, şəhərin simvollarından biridir.

İstiqlal



İnodeniziya əhalisinin 88 faizi müsəlman olduğundan, bu ölkənin paytaxtında böyük məscidin tikilməsinə ehştiyac yaranması təbii idi.

1978-ci ildə prezident Suxarto belə böyük məscidin təntənəli açılış mərasiminə başçılıq etdi.
İstiqlal hələ də Cənub-Şərqi Asiyanın ən böyük məscididir və burada eyni vaxtda 120 min müsəlman namaz qıla bilər.

Məscidin adı isə İndoneziyanın müstəmləkəçilərdən qurtularaq dövlət müstəqilliyi qazanması ilə bağlıdır.

İstiqlal ənənəvi Yavan məscidlərinə bənzəmir. Bina nəhəng beton blok formasındadır və üzərində də 45 metr diametrə malik, 12 dairəvi sütun üzərində sferik günbəz var.

Binanın kənarlarında bütün mərtəbələrə aparan pilləkənlər inşa edilib və böyük ibadət məkanının qarşısında kiçik günbəzli kiçki ibadət yeri var. Sadə və minimum dekorativ həndəsi detallara malik məscidə cakartalılar çox böyük dəyər verir.

Padşahi



Ahurəqəzəb Hindistanda son moğol hökmdarı idi və o, özündən sonra moğol mədəniyyətinin nəhəng memarlıq incisini qoyub getmək istəmişdi. Onun atası Şah Cahan dünyaca məşhur Tac-Mahalı tikdirmişdi. Amma Tac-Mahal məscid yox, sərdabə idi.

Atasının Dehlidə inşa etdirdiyi Cəma Məscidinin bənzərini oğul Ahurəqəzəb Lahorda inşa etdirdi.

Ahurəqəzəbin inşa etdirdiyi Padşahi məscidinin çölü üç böyük günbəz və səkkizguşəli 4 minarənin damları istisna olmaqla, büsbütün qırmızı əhəngdaşıdır.

Günbəzlər və minarələrin damları mərmərdən tikilib.

Daxili, eni və uzunu bərabər yerdə 5 min müsəlman namaz qıla bilər.

Şəhərin göründüyü yüksəklikdə, pillələrin qalxdığı yerdə olan məscidin unikal memarlığı dünyanın ən məşhur memarlarını Padşahidəki elementlərdən bəhrələnməyə sövq edib.
Padşahi məscidi Böyük Moğol səltənətinin ən görkəmli nümunələrindən biri, hind-İslam mədəniyyətinin sakral yadigarı sayılır.

Feysəl



Pakistanın əsas və ən böyük məscidi paytaxt İslamabadda yerləşir. Dünyanın ən böyük məscidlərindən birinin belə adlanması tikinti maliyyələşdirilmiş Səudiyyə Ərəbistanı karlı Feysəl ibn Əbdüləziz əs Səudla bağlıdır.

Asiyadakı məscidlərin tam əksəriyyətindən fərqli olaraq, Feysəldə tağlar və günbəzlər yoxdur. Memarları belə qərara ruhlandıran məqam isə bədəvi çadırı olub.

Məscidin namaz yeri karandaş formalı üçkünc minarələrin künclərdə durduğu böyük uçbucağı xatırladır.

Sultan Ömər Əli Seyfuddin



Bruneylilər deyirlər ki, onların ölkəsinə gələn adam bu məscidi görməyibsə, deməli, Bruney barədə heç nə bilməyəcək. 1958-ci ildə inşa edilmiş məscid Bruneyin 28-ci sultanının adını daşıyır.

Sultan Ömər Əli Seyfuddin məscidi mərmər minarələr, qızıl günbəzlər, fəvvarələrin çağladığı bağlardan ibarətdir. Məscidin böyük bağları və gül-çiçəyin sayının bilinmədiyi bağçaları var.
Bir tərəfdə isə rəsmi dövlət mərasimləri zamanı istifadə edilən gəmi ilə məscidi birləşdirən körpü tikilib.

52 metr hündürlüyü olan məscid Asiya-Sakit Oken bölgəsinə yaraşıq verən tikililərdən biridir.

İmam



I Şah Abbas Səfəvilər xanədanının ən böyük şahlarından biri idi və məhz onun dönəmində Fars İmperiyasının paytaxtı İsfahan oldu. Şəhərin mərkəzində isə Nəqşe-Cahan meydanı salındı, cənub tərəfində də İmam məscidi tikildi.

Məscidin dörd tərəfindəki eyvanları tağlar birləşdirir. Kəbə istiqamətdə olan eyvan isə ən böyük və möhtəşəmdir. Onun mavi günbəzi çox gözəldir. Baş günbəzin hündürlüyü 52, minarələrin yüksəkliyi isə 42 metrdir.

İçərisi unikal naxışlar, rəsmlər, ornamentlər və xəttat yazıları ilə bəzənmiş məscidin ümumi sahəsi 20 min kvadrat metrdir.

Ən maraqlısı isə buradakı akustikadır. Belə ki, məscidin qarşı tərəfindəki ən uzaq küncdə oturanın pıçıltısını bu tərəfdəki adamlar eşidirlər.

1611-cı ildə tikintisinə başlanan və inşası 30 il davam edən İmam məscidi azərbaycanlı memarlarla ustaların ən böyük sənət əsərlərindən biridir.

Şeyx Zeyd



Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri göydələnləri və ticarəti ilə tanınır. Üstəlik, şəhərin səhrada bədəvi çadırlarının olduğu yerdə çox qısa mdüdətdə yaradılması da yetərincə maraqlıdır.

Ərəb şeyxlərinin ölkənin ən böyük məscid tikdirmək istəkləri də təbii sayıla bilər. Fəqət, həmin məscid Dubayda yox, Əbu-Dabidədir.

Məscid Birləşmiş Ərəb Əmirliklərinin banisi və ilk prezidenti şeyx Zeyd ibn Sultan ən Nəhayyanın adını daşıyır. Məscidin 82 günbəzinin ən böyüyünün hündürlüyü 85 metrdir.
Bu məkan iki dünya rekordu vurub: məsciddə dünyanın ən böyük xalçası və çılçırağı var. Xalçanın sahəsi 5627 kvadrat metrdirsə, 15 metr uzunluğu olan çılçırağın diametri 10 metrdir.

2004-cü ildə vəfat etmiş şeyx Zeydin sərdabəsi də məscidin həyətindədir.

II Həssan



Mərakeşin liman şəhəri Kasablankada ölkə kralı xalqı üçün gözəl məscid tikdiirmək qərarına gəlir və 1993-cü ildə inşaat işləri başa çatır.

İnşaata sərf edilmiş 800 milyon dolların hamısı ianələrlə toplanıb.

Minarəsinin damında Məkkə istiqamətini göstərən lazer 210 metr yüksəklikdə olduğundan məscid dünyanın ən hündür minarəsinə malikdir.

II Həssan məscidi Atlantik okeanının sularının yuduğu qayalıqda yerləşdiyindən döşəmənin bir hissəsi şüşədən hazırlanıb və oradan baxanda okean suları görünür.

Məscidin memarı fransız Mişel Pinsodur.

Və indi isə İslam aləminin iki ən mühüm məscidinə nəzər salaq.

Məscid ən Nəbəvi



Mədinədəki məscidin inşasında Hz.Məhəməddin (s.ə.s) özü iştirak etdiyindən, dünyada sonradan inşa edilmiş bütün məscidlər tikiləndə onun memarlıq üslubundan istifadə edilib.
Allahın Rəsulunun (s.ə.s) məzarı da bu məsciddədir.

Məscidin 10 minarəsinin hər biri 105 metr hündürlüyə malikdir.

Məscid əl Həram



Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən bu məscid bütün dünya müsəlmanlarının ən müqədəds saydıqları məkandır.

Məscidin ortasında Kəbə var.

Hazırda Məscid əl Həram 309 min kvadrat metr sahəyə malik nəhəng tikilidir. Məscidin hər biri 95 metr hündürlüyə malik 9 minarəsi, 4 giriş darvazası, 44 giriş qapısı, 7 eskalatoru var.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.