Din

Sabahdan Məhərrəm ayı başlayır

21 Sentyabr 2017 14:29
1 Şərh     Baxış: 2 388
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahdan hicri təqvimi ilə Məhərrəm ayı başlayır.

Milli.Az report-a istinadən xəbər verir ki, miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı oktyabrın 20-də sona çatacaq.

Məhərrəm ayının 10-cu günü - Aşura oktyabrın 1-nə təsadüf edəcək.
Oktyabrın 21-dən isə Səfər ayı başlayacaq.
İmam Hüseyinin şəhadətinin qırxıncı günü Səfər ayının 20-nə, miladi təqvimi ilə noyabrın 9-na düşür.

28 Səfər (17 noyabr) tarixində isə Məhəmmməd peyğəmbərin (s) vəfatı tarixi qeyd olunacaq.

Səfər ayı miladi təqvimi ilə noyabrın 19-da başa çatacaq.
Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycandakı əksər müsəlmanlar toy mərasimləri keçirmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.