BBC World News-da “Azərbaycanı kəşf et" - VİDEO - FOTO
"BBC World News" televiziya kanalında "Azərbaycanı kəşf et - gələcəyə gedən yol" adlı videoçarx yayımlanır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 200-dən çox ölkədə yayımlanan, 450 milyon izləyicisi olan "BBC World News" telekanalında nümayiş etdirilən videoçarxda zəngin mədəni irsə malik olan, keçmişlə gələcəyin astanasında yerləşən Azərbaycanın tarixi və müasir memarlıq abidələrindən, füsunkar təbiətindən, nəqliyyat və texnoloji imkanlarından, ölkəmizdəki sürətli inkişafdan bəhs olunur.
Qeyd edilir ki, gündən-günə daha da müasirləşən Bakı şəhərində yeni göydələnlər, ticarət mərkəzləri, ən müasir biznes mərkəzləri və otellər tikilməkdədir. Videoçarxda, həmçinin ölkəmizin dəniz qapıları olan, eyni zamanda, Bakı şəhərini beynəlxalq nəqliyyat-kommunikasiya mərkəzinin qovşağına çevirən Beynəlxalq Dəniz Ticarət Limanının görüntüləri də nümayiş etdirilir.
Videoda Bakının tarixi və müasirliyini, dini tolerantlığını, inkişafını, dəniz, hava və yol infrastrukturunu özündə ehtiva edən müxtəlif görüntülər təqdim olunur. Eyni zamanda, videoçarxda Şuşanın gözəl mənzərəli dağlarına, görkəmli sənət xadimləri - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərinə, Şəki Xan Sarayına dair kadrlar da yer alıb.
Təqdim olunan videoçarxda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan XII əsrin tarixi memarlıq abidəsi olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, "Crystal Hall, "Külək-alov" konsepsiyası əsasında tikilən "SOCAR Tower", səthi tamamilə LED ekranlarla örtülən "Alov qüllələri", "Park Bulvar" və "Dəniz Mall" ticarət mərkəzləri, Heydər Əliyev Beynəlxalq Aeroportu, habelə inşası davam etdirilən nəhəng tikililər də nümayiş olunur.
Videomaterialda hündür minarələrinin, günbəzlərinin xüsusi gözəllik verdiyi Heydər məscidinin və digər dini məbədlərin görüntüləri təqdim edilir, Azərbaycanda təkcə məscidlərin deyil, kilsə və sinaqoqların da qorunub saxlanıldığı vurğulanır.
Videoçarxda müasir texnologiyaların Azərbaycana yeni fürsətlər gətirdiyi qeyd olunur, ölkənin nəqliyyat və texnoloji imkanları nümayiş etdirilir. Həmçinin ölkədə yaşıl enerjidən istifadə olunması, ölkənin külək və günəş enerjisi ilə çalışan stansiyaları barədə izləyicilərə məlumat verilir, Qobustanın yaşıl enerji üzrə hibrid elektrik stansiyasına aid kadrlar nümayiş etdirilir.
"BBC World News"un təqdim etdiyi material ölkəmizin tarixi, milli-mədəni irsi, habelə müasirliyi və dinamik inkişafı ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması, turistlərin və investorların ölkəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)
-
Bakının 3 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
-
"Sizi süründürəcəyəm" - Elgiz əsəbiləşdi
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
“Beşiktaş”ın türk futbolçusu “Golden Boy” mükafatına namizəd göstərilib
-
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
-
Məşhur aparıcı Türkiyədən gedir: “Gələcəyimi görə bilmirəm”
-
Rəqabətin inkişaf səviyyəsinə dair xəritə hazırlanacaq





