Prezident İlham Əliyevin yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox təsirləndim - Nargül İbrahimli
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilən yürüşdə həyat yoldaşımın fotosunu daşıdığını görəndə çox sevindim və təsirləndim.
Bunu şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimli Trend-ə açıqlamasında dedi.
O, hislərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini söylədi: "Bu, mənim üçün heç vaxt unuda bilməyəcəyim bir an idi. Həyat yoldaşımla bir daha fəxr etdim, qürur duydum.
Bu gün şəhidlərin anım günüdür. Uca Allahdan onlara rəhmət diləyirəm. Eyni zamanda, böyük qələbəyə aparan Vətən müharibəsinin başlandığı gündür. Tarixi qələbəmizlə qürur duyuram".
Qeyd edək ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Tədbir zamanı Prezident İlham Əliyevin əlində tutduğu plakatda şəkli əks olunan şəhidimiz İbrahimli Adil Asəm oğludur.
Müdafiə Nazirliyinin hərbi hissəsinin zabiti, baş leytenant Adil İbrahimli 2020-ci il noyabrın 7-də Xocavənd rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı həlak olub. O, Şuşa istiqamətində aparılmış döyüş əməliyyatlarında xüsusi tapşırıqların yerinə yetirilməsində şəxsi igidlik göstərib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Adil İbrahimlini "Vətən müharibəsi qəhrəmanı" adı, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Əməkdar artist görünüşündə dəyişiklik etdi - (Video)
-
Həmin gündən 4 il ötdü... - (Fotolar)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Ofeliya Sənani xəsarət aldı: “Yerə çırpıldım..."





