Azərbaycanın regionda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir - Deputat
Sürətlə dəyişən yeni dünya nizamında yeni güc mərkəzləri və yeni ittifaqlar formalaşmaqdadır. Bu isə təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılması zərurətini yaradır. Bu mənada, Azərbaycanın regionumuzda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, qarşıda duran çağırışlar isə yeni reallığı davamlı etmək üçün uyğun strateji qərarlar qəbul etməkdir: "Elə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan Bakı bəyannaməsi də bu istiqamətdə atılan mühüm tarixi addım kimi səciyyələndirilməlidir. Əslində, bir qədər geriyə qayıtsaq, görəcəyik ki, yeni reallıq həm də məhz bu üç dost və qardaş ölkənin birgə səyləri nəticəsində yaranıb o zaman bu səylərin davam etdirilmsinin bundan sonra da olduqca aktual olduğunu söyləyə bilərik.
Nəzərə almaq lazımdır ki, söhbət hər üç qardaş ölkənin vahid təhlükəsizlik kəmərinin yaradılmasından gedir. Buraya isə həm iqtisadi və kommunikasiya təhlükəsizliyi məsələləri, həm də hərbi siyasi təhlükəsizlik məsələləri daxildir. Ancaq Bakı bəyannaməsi hər nə qədər üçtərəfli sənəd kimi ortaya çıxsa da onun yaradacağı əməkdaşlıq və tərəfdaşlıq imkanları bütün digər qonşu ölkələr üçün də əlverişli şərtlər yarada bilər. Bəyannamənin strateji əhəmiyyətlərindən biri də budur".
Deputatın fikrincə, hazırda Mərkəzi Asiyada, bir az da dəqiq desək, Əfqanıstan ətrafında bir geosiyasi vakkum formalaşmaqdır: "Aqressiv kənar müdaxilələr burada yeni "Yaxın Şərq" yarada bilər ki, bu da başda qardaş Türkiyə və Pakistan olmaqla region ölkələri üçün yeni təhlükəsizlik təhdidləri deməkdir.
Ona görə də hər üç ölkənin milli maraqları təhlükəsizliyi təmin etmək üçün yeni təşəbbüsləri zəruri edir. Eyni zamanda, hazırda Cənubi Qafqazda uzunmüddətli sülh üçün Azərbaycan bir tarixi fürsət yaradıb. Zəngəzur dəhlizinin aşılması ilə biz regional inteqrasiya və əməkdaşlığın inkişafının şahidi ola bilərik. Bu isə yeni hüquqi-siyasi əsaslar tələb edəcək. Ona görə də parlamentlərin yeni qanunvericilik bazası yaratması aktuallaşacaq. Bütün bunlarla bərabər, parlament diplomatiyası həm də beynəlxalq platformalarda üç ölkənin sinxron hərəkəti üçün koordinasiyalı fəaliyyəti mümkün edəcək. Bütün bunlar üçün Bakı Bəyannaməsi yaxşı əsaslar yaradacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
XƏBƏR LENTİ
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi





