Siyasət

NATO Azərbaycana Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə minnətdardır

16 İyun 2021 16:54
Baxış: 584

Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatları dəstəkləyir və NATO buna görə minnətdardır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Latviyanın sabiq müdafiə naziri, Latviyanın NATO-dakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Latviya NATO üzvü olaraq Azərbaycanla alyansın münasibətlərini müsbət qiymətləndirir: "Azərbaycan və NATO hərbi tədris sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan həm də hərbi tədris sahəsində NATO tərəfindən tövsiyə olunan islahatları həyata keçirib".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.