Prezident İlham Əliyev “Füzuli” yarımstansiyasının açılışını edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən "Füzuli" yarımstansiyasının açılışında iştirak ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.
Dövlətimizin başçısı "Füzuli" yarımstansiyasını işə saldı.
Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin "Azərenerji" ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.
Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq "Şükürbəyli" yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.
Bildirildi ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün "Şükürbəyli" yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.
Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən "Şükürbəyli" yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, "Şükürbəyli" yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda "Şükürbəyli" yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?
-
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə xəbərdarlıq
-
Gələn ilin büdcəsindən mediaya 68 milyon manat ayrılacaq
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
Zəngəzur dəhlizi ilə bağlı İrəvanda mühüm müzakirə
-
Berdan Mardini 15 yaş kiçik arvadından "ildırım sürəti" ilə boşandı – Əkizləri olacaqdı - (Foto)
-
Gəncədə faciə: iki kirayəçi dəm qazından boğulub öldü
-
Qubada qəbiristanlıqda meyit tapılıb
-
Zabratda qanunsuz fəaliyyət göstərən ət emalı müəssisəsi aşkarlandı
-
Atası körpəni diri-diri basdırdı: 11 aylıq uşaq 24 saat sonra sağ tapıldı
-
Generalın qızından şikayətçi olan da general imiş - (Yenilənib)
-
Məşhur aktyor İstanbuldan köçüb qoz bağında çalışmağa başladı – 1000-ə yaxın ağacı var - (Foto)
-
Bakıda keçmiş nişanlısından qurtulmaq üçün falçıya 300 min pul verdi
-
Eldar Azadov vəfat etdi
-
Zaur Baxşəliyevdən diqqət çəkən sözlər: “Əslində sizi aldatmışam” - (Video)
-
Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır - Kamaləddin Qafarov
-
Rusiyada polkovnikin avtomobili partladıldı - Özü həlak oldu, ailə üzvü yaralandı
-
Goranboyda kişi güllələndi
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş alan sahələr - Siyahı
-
Paşinyan Antalyada "oğurladığı" bananı Dublinə apardı - (Video)
-
Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir
-
Şəmkirdə ağır qəza: İki nəfər öldü, yaralanan var
-
Polad Həşimovun anasının səhhəti ilə bağlı son məlumat
-
Rəsmi qarşılama mərasimində fəxri qarovulun 2 üzvü huşunu itirdi - (Video)





