Siyasət

"Azərbaycanla qürur duyuruq" - Keçmiş türk səfirdən ÖZƏL AÇIQLAMA

11 İyun 2021 11:00
Baxış: 586

"44 günlük Vətən müharibəsindən sonra Azərbaycanda qitəmiqyaslı futbol turnirinin keçirilməsi can Azərbaycanımız üçün bir qürur mənbəyidir".

Bunu Milli.Az-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.

O bildirib ki, Azərbaycan böyük işlər görməkdə davam edir:

"Biz Türkiyə olaraq da Azərbaycanın bu böyük yarışa ev sahibliyi etdiyi üçün qürur duyuruq. Demək ki, müharibə oldu, bitdi. Bundan sonra heç bir problem yoxdur, Azərbaycan dik dayanaraq dünyaya göstərir ki, biz torpaqlarımızı azad etdik, artıq Azərbaycanda bir problem yoxdur. Bu turnir Azərbaycanı yenidən dünyaya təqdim etmək baxımından çox önəmlidir. Şəhidlərimizin canı bahasına qazanılan Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi çox önəmlidir. Azərbaycan bu oyunları dünyada tayı-bərabəri olmayan modern bir stadionda təşkil edəcək, bu da çox önəmlidir. Prezidentin bu istiqamətdəki yatırımları əhəmiyyətli oldu. Təzəlikcə Bakıda Formula-1 yarışları keçirildi. Yəni Azərbaycan Qafqazda parlayan bir ulduzdur. Heç bir şey olmamış kimi Azərbaycan böyük işlər görməkdə davam edir.

Müharibə onsuz da bitdi. Azərbaycan xalqı bu tarixi yaşadı. Ermənistan keçmişin illuziyaları ilə yaşayarkən, bu gün Azərbaycanımız gələcəyini qurur. Azərbaycanın daimi və fəxri səfiri olaraq mən bununla fəxr edirəm. Başda Preizdentimiz olmaqla əziyyəti olanlara hörmətimi çatdırıram. Azərbaycan hər ötən gün dünyada daha da irəliləyir, inkişaf edir və imici güclənir. Buna görə də türk milləti olaraq qürur duyuruq. Biz bunu bilirik ki, Azərbaycanın uğurları Türkiyənin uğurudur. Atatürkün dediyi kimi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". Biz Azərbaycanın bugünkü uğurlarına çox sevinirik, sevinclərinə ortağıq. 

Azərbaycan gələcəyi, Ermənistan keçmişi yaşayır. Ən böyük fərq də budur. Və II Qarabağ müharibəsindən 6 ay sonra futbol üzrə Avropa Çempionatı kimi qitəmiqyaslı beynəlxalq bir yarışın təşkili böyük bir uğurdur, Azərbaycanın gücünü, çevik toparlanma qabiliyyətini, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan inam və etmiadı göstərir".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.