"Şərəfin, namusun varsa, özünü as!" - Sarqsyandan Paşinyana
Ermənistanın sabiq prezidenti Serj Sarqsyan bəyan edib ki, ölkənin baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın zərrə qədər ləyaqəti varsa, intihar etməlidir.
Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, S.Sarqsyanın sözlərinə görə, əgər Nikol Paşinyanın ona qarşı səsləndirdiyi iddialar və ittihamlar boşboğazlıqdır.
"Deyir ki, guya Monte-Karloya yollanaraq kazinoda qumar oynamışam. Prezident olduğum dönəmdə də belə sarsaq ittihamlar səslənirdi. O zaman cavab vermirdim, baş qoşmurdum, çünki dövlət başçısı idim. Ermənistan Milli Təhlükəsizlik Xidməti mənə tabe idi və siyasi rəqiblərim o dəqiqə deyərdilər ki, informasiyanı gizlədirəm, təzyiq göstərirəm və s. Amma Paşinyan bu dəfə bütün hədləri keçib. İndi, bu dəqiqə, burada bəyan edirəm: Paşinyana 24 saat vaxt verirəm. Ya o, qumar oynamağım barədə faktları, dəlil-sübutları açıqlamalıdır, ya da mən onunla, ailəsi ilə bağlı elə faktlar yayacağam ki, cəmiyyət Paşinyanın üzünə tüpürəcək. Faktları açıqlamasa axırına çıxacağam. Hələ Baden-Badendən də danışırlar, amma bilmirlər ki, o şəhərdə sonuncu kazino 19-cu əsrdə qapadılıb. Monte-Karloda isə 15 ildir olmamışam. Bunu asanlıqla yoxlamaq olar. Paşinyan hamını özünə görə ölçür. Ona deyirəm: şərəfin, namusun varsa, özünü as", - Serj Sarqsyan söyləyib.
Xatırladaq ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində Arvamir vilayətində vətəndaşlarla görüşündə deyib:

"O deyir ki, əgər Ali Baş Komandan olsaydı, özünü vurub intihar edərdi. Bəs son on ildə Ermənistanın satın aldığı silah, sursat və hərbi texnikanın 75 faizinin səndən sonra əldə etdiyimizi nəzərə alsaq, Sarqsyan, sən niyə indiyədək intihar etməyibsən?! Ölkənin müdafiə qüdrətini artırmaq, ordunu gücləndirmək Monte-Karloya gedib kazinoda qumar oynamaq, çoxlu pul uduzmaq deyil".
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
XƏBƏR LENTİ
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video





