Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə" qətnaməsinin icrasına dəstəklə bağlı bəyanat verib.
Milli.Az-ın məlumatına görə, bəyanatda deyilir:
"Mayın 9-da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü kimi qeyd olunur. Əslində bu İkinci Dünya müharibəsindən, nasizm, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla əlaqəli dözümsüzlükdən əziyyət çəkən hər kəsin qələbəsidir.
Buna baxmayaraq, təəssüf ki, bu gün dünya ictimaiyyəti Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir. Ermənistanın paytaxtında Qaregin Njde ləqəbi ilə Alman faşistlərinə xidmət edən faşist cəllad və satqın Qaregin Ter-Harutyunyana abidə ucaldılması da buna bir misaldır. Ermənistanın keçmiş hakim Respublikaçılar partiyası da üçüncü reyxlə əməkdaşlıq etmiş Qaregin Njde kimi birmənalı qəbul olunmayan millətçi siyasətçinin xatirəsini əbədiləşdirmək üçün addımlar atmışdır.
BMT-nin Baş Assambleyası "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və bununla bağlı dözümsüzlüyə qarşı mübarizə" adlı qətnamə qəbul etmişdir. Qətnamədə Baş Assambleya nasizm hərəkatının, neonasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin hər hansı formada tərənnüm edilməsi, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin təbliği məqsədilə kütləvi nümayişlər keçirilməsi, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş həmin şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan edilməsinə cəhd olunması yolu ilə təbliği və adlarının küçələrə verilərək ucaldılmasından dərin narahatlığını ifadə etmişdir.
Buna baxmayaraq, Ermənistan Müdafiə Nazirliyi hətta hərbi qulluqçuları və mülki şəxsləri təltif etmək üçün Qaregin Njdenin adına medal təsis etmişdir.
Yuxarıda qeyd olunan qətnamədən görünür ki, BMT nasizmin təbliğ edilməsi, irqçiliyin yeni formaları, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyü artırmaqla cəmiyyətə mənfi təsir göstərə biləcək abidələrin ucaldılmasından ciddi narahatlığını bildirir. Ermənistanın paytaxtı Yerevanda Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi nümunəsində də dünya ictimaiyyəti məhz buna şahidlik edir.
Ermənistan siyasi rəhbərliyi tərəfindən erməni cəmiyyətində nasizmin yüksək səviyyədə təbliğindən narahatlığımızı bir daha ifadə edərək, bütün beynəlxalq insan hüquqları təşkilatlarını insanlığa qarşı yönəlmiş bu cür fəaliyyətlərin dayandırılması üçün zəruri addımlar atmağa çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





