Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Ermənilər nə qədər reallığı tez anlasalar, onlar üçün o qədər yaxşı olar.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.
Deputat bildirib ki, şanlı Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan ordusunu məhv etdi və regionda yeni reallıq yaratdı: "Azərbaycan 30 ilə yaxın bir dövrdə işğal altında qalan ərazilərini öz gücü hesabına azad etdi. Problem artıq həll olunub, lakin Ermənistanda bəzi revanşist qüvvələr hansısa yeni münaqişə və ya qisas haqqında fikirlər söyləyirlər. Azərbaycan xalqı erməni xislətinə yaxşı bələddir. Tarix boyu biz erməni vəhşiliyindən əziyyət çəkmişik. Amma erməni şovinistləri bir reallığı yaxşı dərk etməlidirlər. Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Onun şanlı ordusu, bütöv regionun iqtisadiyyatının böyük bir hissəsini təşkil edən iqtisadiyyatı, daxildə vahid birliyi, peşəkar qurulmuş beynəlxalq münasibətləri və güclü lideri var.
Ermənistan haqqında isə biz bunların heç birini deyə bilmərik. Ölkə faktiki olaraq xaos içərisindədir. İnsanların heç bir dövlət institutuna inamı qalmayıb və onlar kütləvi şəkildə Ermənistanı tərk edirlər. Belə olan halda, hansı revanşdan söhbət gedə bilər?
Ermənistan dövləti yaxşı başa düşməlidir ki, onların yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir. Nə qədər ki, bu reallığı tez dərk edəcəklər, bir o qədər tez regiondakı inteqrasiya proseslərinə qoşula biləcəklər. Hər halda, onlar Azərbaycan Ordusunun gücünü gördülər".
Deputat vuğulayıb ki, Prezident İlham Əliyevin də Hərbi Qənimətlər Parkındakı çıxışı zamanı bu məsələ ilə bağlı fikirləri açıq və sərt idi: dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna son qoyulacaq. Düşünürəm ki, erməni cəmiyyəti baş verən bu prosesləri yaxından izləməli və hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir. Əks təqdirdə, dəmir yumruq işə düşəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır





