Yeni saziş müharibədən sonra Türkiyə ilə Azərbayanı daha da gücləndirəcək - ŞƏRH
Türkiyə ilə Azərbaycan höküməti arasında imzalanan "Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq haqqında" saziş iki qardaş dövlətin bir-birinə bağlılığının və davam edən əməkdaşlığın növbəti nümunəsidir. Eyni zamanda, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq dəyərlərə sadiqliyin təsdiqidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq hər zaman mövcud olub, hər zaman fikir mübadiləsi aparılıb, qarşılıqlı görüşlər, müxtəlif birgə təlimlər həyata keçirilib:
"Hazırkı saziş məhz həmin gedişatın, ənənənin növbəti mərhələsidir. Təbii ki, hərbi sənayedə, xüsusilə, maddi-texniki baza sahəsində əməkdaşlığın zaman-zaman böyük üstünlükləri olur. Xüsusən, istehsal sahəsində müxtəlif bilicilərin, mütəxəssislərin müştərək formada prosesə cəlb olunması faydalı iş əmsalı baxımından olduqca önəmlidir.
2-ci Qarabağ müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, əldə etdiyimiz qələbə illərdir yürüdülən məqsədyönlü siyasətin, mükəmməl ordu quruculuğunun, planlı və strateji istiqamət götürməyin nəticəsi idi. Həmin qələbədən sonra isə biz daha da güclənməliyik, mövqeyimizi sabit saxlamalıyıq, daim irəli addımlamalıyıq, yeni-yeni uğurlara imza atmalıyıq. Məlum saziş bax həmin uğurların davamıdır, növbəti mərhələsidir".
E.Musayev bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı, əməkdaşlığı bütün sahələrdə nəzərəçarpan səviyyədədir: "Bundan sonra da hər zaman belə olacaq. Üstəlik, Azərbaycan və Türkiyə müxtəlif istiqamətlərdə bir-birinə dəstək olduqca, bu qardaş ölkələr daim bərabər olduqca həm hər iki dövlətin gücünə güc qatılacaq, həm də gələcək səmərəli fəaliyyət üçün yeni perspektivlər açılacaq.
Bir daha təkrar etmək istəyirəm: Sazişin bəndlərindəki bütün müddəalar BMT Nizamnaməsinin məqsəd və məramlarına uyğunluq xarakteri daşıyır. Eyni zamanda, məlum sənəd yetərincə peşəkar hazırlanıb və detallı, təfsilatlı aspektləri özündə dolğun ehtiva edib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)





