"İctimai Palatanın kütləvi etiraz aksiyalarına başlamaq qərarı bu strukturun növbəti populist, heç bir mənası olmayan açıqlamalarından biridir. Bu təşkilat indiyədək həmişə aktiv hərəkətlərdə olduğunu desə də, İctimai Palatadan passivlik və ictimai rəydə çəkisizlikdən savayı, heç nə nəyə nail olmayıb".
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Milli Demokrat Partiyasının (Boz Qurd) sədri Tufan Kərim dedi. Onun sözlərinə görə, İctimai Palatanın belə bəyanatla çıxış etməsi həmişəki kimi, müəyyən məqamlardan bəhrələnərək özünə xal yığmaq istəyindən başqa heç nə deyil.
"Partiya olaraq İctimai Palata ilə bağlı mövqeyimizi indiyədək dəfələrlə konkret şəkildə bildirmişik və bununla bağlı zamanında bəyanat da vermişik. İctimai Palataya əhəmiyyətsiz, marginal qurum kimi baxırıq və mövqeyimizi həmin strukturun hansısa bəyanatından asılı olaraq dəyişmək niyyətində deyilik. Adını çəkdiyim təşkilatın qeyri-ciddi addımları yalnız populizm xatirinə atılır. İctimai Palatanın mahiyyəti və məqsədləri, orada təmsil olunanların kimlər olduğu bəllidir. Bu insanları cəmiyyət yaxşı tanıyır. Bir, iki il deyil - on illərdir ki, həmin adamlar yerlərində sayırlar və cəmiyyət də onlara əla bələddir", - T.Kərim dedi.
"Boz qurdlar"ın liderinin sözlərinə görə, İctimai Palata hansısa ictimai, siyasi və s. məqsədlərə çatmaq iqtidarında deyil. Partiya, əslində, sözügedən strukturdan belə fəaliyyəti də gözləmir.
"Sözün açığı, İctimai Palatanın hansısa uğura nail olacağını düşünmürük. O strukturda təmsil olunanların əksəriyyəti fərdi və qrup mənafelərinə xidmət edir. Orada gündəmdə milli maraq yoxdur. Azərbaycanın milli maraqlarının olmadığı yerdə də bizi heç bir qurum, fərd və ya şəxs maraqlandırmır. Əgər orada milli maraqların təminatına yönəlmiş hansısa fəaliyyət olsaydı, təbii ki, İctimai Palataya müsbət yanaşardıq. Bu səbəbdən də İctimai Palatanı və onun fəaliyyətini əhəmiyyətsiz hesab edirik", - T.Kərim bildirdi.
O, AMDP-nin müxalifət düşərgəsindəki mövcud qrup, birlik və ya koalisiyaya qoşulmaq fikrində olmadığını deyib: "Həmişə demişik ki, milli maraqların təminatına yönəlmiş səylər, cəhdlər və fəaliyyət görəriksə, belə struktura qatılarıq. Lakin hələ ki, apardığımız müşahidələr müxalifətdə birliyə yönəlmiş işlə məşğul olduğunu bildirənlərdə belə fəaliyyətin olmadığını göstərir".
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
- Qətər Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
- Finlandiya Prezidenti COP29-da iştirak edəcək
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
- Bürclərin ən yaxşı evdar qadınları
- Filippinin dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib
- Seçkiyə görə məzuniyyətlər ləğv oluna bilər? - Deputat açıqladı
- Bakıda yolda gördüyü qızları çəkib Tiktokda paylaşan şəxs həbs olundu
- "Onlardan aldığım enerjini heç nədən almıram"
- İlham Əliyevə təbriklər gəlməkdə davam edir
- İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
- "Gecələr o qədər ağlayırdım ki..." - VİDEO
- Kəmaləddin Heydərov xanım polkovnik-leytenanta VƏZİFƏ VERDİ - FOTO
- Toylara gedən Xalq artistlərinin canlı ifası “sıfırdır” - VİDEO
- Naqillərlə oyun məktəblilər üçün faciə ilə nəticələndi: Dəhşətli anlar - VİDEO
- Azərbaycanda çörəyin qiyməti bahalaşacaq? - AÇIQLAMA
- Qətər Dövlətinin Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb
- Bu ölkə Fələstini müstəqil dövlət kimi tanımaq qərarı verdi
- Seneqalın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
- Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq
- İlk dəfə yeni doğulan oğlu ilə FOTO paylaşdı
- Finlandiya Prezidenti COP29-da iştirak edəcək
- Dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqlar aparılır - Abbas Abbasov
- Coşqun Diniyevin paylaşımı başına BƏLA OLUB - VİDEO
- Toydan 12 gün sonra "gəlin" ilə bağlı üzə çıxan gerçəklər hamını şoka saldı
- Finlandiyanın dövlət başçısı İlham Əliyevə zəng edib
- Pakistan Baş naziri Ceyhun Bayramovu qəbul edib
- Putin Matviyenkonu təltif etdi