Siyasət

Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər - Rusiya XİN

27 Yanvar 2021 18:07
Baxış: 832

Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinləri səviyyəsində işçi qrupunun iclası yaxın zamanlarda keçirilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, hazırda tərəflər arasında işçi qrupunun ilk iclasına hazırlıqlar aparılır.

Nazirlikdən bildiriblər ki, aktual məqsəd region dövlətlərinin mehriban qonşuluq münasibətlərinin bərpası, millətlərarası və məzhəblərarası sülh və etimadın təmin olunması, Cənubi Qafqazda sabitlik və çiçəklənmə üçün şəraitin yaradılması üçün qarşıdurmadan barışığa keçidi təmin etməkdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.