Bakını hədələyən indi bəraət istəyir
Bir zamanlar "Azərbaycan həddini aşmasın, yeni müharibə barədə düşünməsin: yeni savaş Ermənistan üçün yeni ərazilər olacaq" açıqlaması ilə "məşhurlaşan" David Tonoyan indi "heç də elə demək istəmədiyini" vurğulayır.
Ermənistanın sabiq müdafiə naziri David Tonoyan İrəvandakı Mediamax informasiya agentliyinə verdiyi müsahibəsində bir çox məqamlara, o cümlədən Azərbaycana ünvanladığı "hədə"lərə də toxunub.
Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov "yeni müharibə yeni ərazilərdir" ifadəsini xatırlatmış, bunu sətiraltı olaraq Ermənistanın İkinci Qarabağ Savaşından öncəki aqressiv ritorikasının sübutu kimi iqtibas gətirmişdi.
David Tonoyan həmin ifadəsinə görə indi az qala bəraət istəyir.
"Bu açıqlama ilə təxminən ilyarım əvvəl ABŞ-dakı erməni icmasının nümayəndələri iə görüşdə çıxış etmişdim. Azərbaycan rəhbərliyinin Qarabağ problemini güc yolu ilə həll etmək istəyinin əks olunduğu bəyanatına cavab olaraq demişdim. Rəsmi Bakı o zaman danışıqların heç bir effekt vermədiyini deyirdi. Ermənistanda bəzi siyasətçilərin və habelə, rəsmi Bakının bəyanatlarına rəğmən, mənim açıqlamam heç bir halda yeni müharibəyə səbəb ola bilməzdi. Müharibə hər gün başlaya bilərdi. Yaxşı, bəs onda Bakının "Ermənistanın paytaxtı, əslində, qədim Azərbaycan şəhəridir" bəyanatını dünya niyə eşitmir?" - D.Tonoyan deyib.
David Tonoyan daha sonra bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasından imtina edən tərəf elə "Azərbaycan olub".

Daha sonra müharibə günlərində Ermənistan-Rusiya münasibətlərindən danışan D.Tonoyan deyib: "Savaş başlayandan sonadək Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə daimi təmaslarda idi. Gün olurdu ki, bir neçə dəfə telefonla danışırdıq. Təfərrüatları bəlli səbəbdən deyə bilmərəm, lakin birmənalı olaraq söyləyirəm ki, həmin müharibə zamanı Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün maksimumu etdi. Sırf müdafiə məsələlərindən savayı, Şoyqu ilə daimi iş təmasları sayəsində bir sıra digər mühüm məsələləri də çözə bildik".
Daha sonra isə o, müharibə əsnasında yarıtmaz fəaliyyət göstərdiyini dolayısı ilə etiraf edib.
"Baş nazir-müdafiə naziri-Baş Qərargah komanda vertikalının təşkil edilməsindəki nöqsanları aradan qaldıra bilmədim. Səfərbərlik, Təhlükəsizlik Şurasının rolları və funksiyaları, Ermənistanın Müdafiə Nazirliyi ilə Qarabağdakı silahlı qüvvələr arasındakı münasibətlər, qarabağlı ermənilərin özünümüdafiəsi və təxliyəsi ilə bağlı problemlər həll olunmadı.
2015-ci ildə qəbul edilmiş yeni Konstitusiyaya görə, müharibə zamanı müdafiə naziri hərbi əməliyyatların planlaşdırılması və aparılması prosesindən faktiki olaraq kənarlaşdırılır, çünki həmin səlahiyyətlər Ali Baş Komandana və Baş Qərargahın rəisinə verilir. Konstitusiyaya dəyişikliklər təsdiqlənəndən sonra bu problemi "Müdafiə haqqında" qanunla həll etməyə çalışdılar. Amma həyat göstərdi ki, bütün bunlar yetərli deyilmiş". Lakin noyabrın 20-də dediklərimi bir daha təkrarlayıram: öz payıma düşən məsuliyyəti çəkməyə hazıram", - D.Tonoyan deyib.

... Ermənistanın sabiq müdafiə nazirinin "Mediamax" agentliyinə verdiyi müsahibə, əslində, pis pərdələnmiş bəraət cəhdi olmaqla yanaşı, İkinci Qarabağ Savaşında Ermənistan ordusunun darmadağın edilməsinin və kapitulyasiyanın səbəbkarları qismində baş naziri Nikol Paşinyanla Baş Qərargahın rəisi, general-polkovnik Onik Qasparyanı əsas günahkarlar qismində göstərmək cəhdidir.
Fəqət, David Tonoyanın ötən ilin oktyabr ayının əvvəllərində Laçına yollanaraq "müdafiəyə mən rəhbərlik edəcəyəm" deməsi, Azərbaycanı sürəkli hədələməsi, "tanklarımız Bakıda olacaq" söyləməsini unutmamışıq.
Ermənistanın tankları Bakıda oldu.
Amma hərbi qənimət qismində, Azadlıq meydanındakı paradda keçirilən düşmən məğlubiyyəti atributları kimi.

David Tonoyanın indi özünü az qala "zərərçəkən" kimi göstərməsi, bəraət yolları araması isə acınacaqlı durumdur.
Kapitulyasiya etmiş Ermənistanın sabiq müdafiə nazirində əxlaq və ləyaqət, İrəvandakı hakimiyyətdə isə idarəetmə prinsipləri olsaydı, müsahibə yox, istintaqda ifadə verərdi.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Rusiyanı darmadağın etmək üçün bizə 40 gün lazımdır - Zelenski
-
Azərbaycan XİN Pakistana başsağlığı verib
-
“Dəyərini bilən qadınam” - Safurə Əliyeva - (Video)
-
Zaur Kamalın vəziyyəti pisləşdi
-
Sakinlər gecə yata bilmirlər, restoran əməkdaşı: "Mənə heç nə edə bilməzsiniz"
-
Görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz





