Siyasət

Bir sıra erməni rəsmilərinin bəyanatları müəyyən gərginlik yaradır - Lavrov

18 Yanvar 2021 16:25
Baxış: 974

44 günlük müharibədən əvvəl bir sıra erməni rəsmi şəxsləri "yeni müharibə, yeni ərazilər" kimi emosional açıqlamalar verirdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu fikirlərdən qaçmaq lazım idi: "Bəzi erməni rəsmi şəxslərinin bəyanatları yəqin ki, müəyyən gərginlik yaradır".

Qeyd edək ki, müharibədən əvvəl Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan "yeni ərazilər üçün yeni müharibə" fikrini səsləndirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.