Siyasət

"Azərbaycan qələbəsi bütün türk ölkələri üçün çox böyük bir qələbədir" - TDƏŞ Baş katibi

17 Yanvar 2021 12:21
Baxış: 862

İşğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və azad edilməsi 30 ildir gözlənilirdi.

Milli.Az xəbər verir ki, bunu Trend-in Qarabağ bürosunun müxbirinə Azərbaycanın Ağdam bölgəsində səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amrev deyib.

Onun sözlərinə görə, bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk ölkələri üçün çox böyük bir qələbədir. Buna görə bütün qardaş türk xalqları bu qələbəni bu cür qəbul etdilər:

"Bu gün dağıdılmış Ağdamı ziyarət etdik. Bu şəhərin sahiblərini gözlədiyi bəlli idi. Əvvəllər firavan bir yer idi, indi əminəm ki, bu torpaqlar azad edildikdən sonra azərbaycanlılar buraya qayıdacaq və Ağdamın əvvəlki şöhrətini qaytaracaqlar. Bu gün bu yerləri ziyarət etdiyimizə və bütün bunları öz gözlərimizlə gördüyümüzə görə çox şadıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.