Siyasət

Paşinyanı kilsədən qovdular - VİDEO - FOTO

21 Dekabr 2020 13:05
Baxış: 2 201

Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik (Zəngəzur) vilayətində səfərdədir.

Milli.Az bildirir ki, o, Sünikdəki Tatev monastırına, Surb Qriqor Luçaverots (Müqəddəs Maarifçi Qriqor) kilsəsinə baş çəkib.

Kilsədə olarkən N.Paşinyan keşiş Parqev Zeynalyanla görüşmək istəyib, ibadət etməyə hazırlaşıb. Lakin keşiş Parqev baş naziri kilsədən qovub.

N.Paşinyan Sünikdə çox ciddi mühafizə altında hərəkət edir.

Süniklilər onun səfərini narazılıqla qarşılayıblar. Yerli ermənilər N.Paşinyanı "xəyanətkar" adlandırır, onu "torpaqları satmaqda" suçlayırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.