Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə - FOTO
Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş "Olmayan Bir Müsahibə ..." adlı silsilə materiallar təqdim edir.
Bu material Tərlan Məmmədova həsr edilib...
Küçədən maşın səsi gəldi. Ağ rəngli maşın düz evimin qarşısında dayandı. Tərlanı tanıdım, o bəyaz atlı şahzadələrə bənzəyirdi...
- Nə yaxşı ki, gəldin...
- Gəlməyə bilməzdim, elə özüm də hazırlaşırdım söhbətə.
- Başlayaq, Tərlan?
- Başlayaq...
- Mənimçün ən gorxulu gününu xatırla, sonra ən gözəl gününü, sonra da ən kədərli və axırda ən xoşbəxt...
- Çətin olacaq, amma çalışaram. Ən gözəldən başlayım, izninizlə. Sürücülük vəsiqəmi alanda çox şad idim, özümü artıq sükan arxasında görürdüm (gülür).
- Deyəsən masınlardan xoşun gəlir?
- Özü də necə, dəlisiyəm. İstəyirdim ki, BMW alım nə vaxtsa, amma qismət olmadı.
- Bəs gorxulu gün necə gəldi çıxdı Tərlanın həyatına?
- Elə təsadüfən... Füzulidə idim. Oktyabrın beşi evə zəng etdim, ağladığımı xatırlayıram... Ölmək çətin deyil, vidalaşmaq çətindir. Üç gündən sonra səngərdə idik, dostum yaralandı və məni çağırdı. Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam... Qorxulu idi.
Bir-birimizə baxa bilmədik. Mən göz yaşımı gizlətməyə çalışdım, Tərlan isə o anı yenidən yaşadı...
- Tərlan, bəs gözəl gün necə?
- Əslində ən gözəl və ən kədərli günləri birləşdirmək olar.
- Necə ?
- Ən gözəli odur ki, Səidə mənim həyatımda var idi, mənim müharibədən qayıtmağımı gözləyirdi... Kədərlisi də mənim ona verdiyim sözün üstündə durmamağım... Bacarmadım, vətənə lazım idim. Amma... O mütləq xoşbəxt olmalıdır ki, mən də rahat olum, o bu dünyanın bütün gözəlliklərinə layıqdır.
- Tərlan, evdəkilərə nə isə demək istəyərdin?
- Bilirsiniz, həmişə anama deyirdim ki, mən çox varlı və çox dövlətli biri olacağam. İndi də demək istərdim ki, arzuma çatmışam, axı biz Qarabağı qazanmışıq. Məgər bundan böyük var-dövlət ola bilər? (Gülür). Bir də bacıma deyin ki, birinci özünə, sonra da atama və anama yaxşı baxsın, söz versin mənə.
- Deyərəm... Bikə sənin səsini yazıb xatirə kimi...
- Bilirəm (gülümsəyir). İnşAllah Füzulidə olanda səsimi eşidərlər, bura mənim vətənimdir...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
XƏBƏR LENTİ
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)





