“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb - VİDEO - FOTO
"Associated Press" agentliyi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Gəncə şəhərinə etdiyi raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, reportajda raket hücumu nəticəsində yaranmış dağıntıların görüntüləri, yaxınlarını itirmiş insanların fikirləri yer alıb.
Bildirilir ki, Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində binalar dağılmış, insanlar, avtomobillər dağıntılar altında qalmışdır. Həlak olmuş mülki şəxslərin, o cümlədən uşaqların xatirəsini yad etmək üçün buraya gələnlər əllərində güllər, oyuncaqlar gətirirlər.
Şairə Quliyeva adlı sakin qardaşı oğlu 13 yaşlı Artur Mayakovun öldüyünü deyərək ağlayır: "O, çox istedadlı, bacarıqlı, həyat eşqi ilə dolu bir uşaq idi. Bu uşaqların günahı nə idi? Bu qədər insan öldü. Təkcə bizim küçəmizdən 14 nəfər həlak oldu. Bu insanların günahı nə idi? Niyə dünya ictimaiyyəti buna göz yumur?".
Digər sakin Təzəgül Şahnəzərova hücum nəticəsində oğlunu, gəlinini və nəvəsini itirdiyini deyir: "Mən artıq itirdiyimi itirmişəm. Qırx beş illik əməyimizlə tikdiyimiz, yığdığımız hər şeyi itirdik. Lakin bu, mənim gözümə görünmür. Məni övladlarımın həlak olması yandırır. Mən onları istəyirəm, lakin onlar yoxdur. Bir mən, bir də körpə nəvəm sağ qalmışıq".
Reportajda bildirilir ki, oktyabrın 17-də gecə Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə edilən raket hücumu nəticəsində çoxlu sayda insan həlak olub və yaralanıb. Artur Mayakov həmin hücum nəticəsində ağır yaralanıb, lakin sonradan müalicə aldığı xəstəxanada ölüb. O, 2007-ci ildə Rusiyada anadan olmuşdu.
Azərbaycan rəsmiləri Gəncəyə "SCUD" raketi ilə endirilən zərbə nəticəsində yaşayış binalarının dağıldığı və ya ciddi ziyan gördüyünü bildirirlər. Dağıntıların altından cəsədlərin və yaralıların çıxarılması saatlar çəkib. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində Gəncəyə edilən raket hücumunu müharibə cinayəti adlandırıb və buna görə məsuliyyəti Ermənistan rəhbərliyinin daşığını bildirib.
Reportajda Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verilir. Bildirilir ki, sentyabrın sonlarında alovlanan münaqişə iki həftə əvvəl başa çatıb. Bu hadisə Bakıda böyük qələbə kimi qeyd olundu.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
-
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
-
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib - (Foto-Video)
-
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
-
Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir
XƏBƏR LENTİ
-
Salyanda qatar avtomobillə toqquşdu
-
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
-
İsmayıllıda ev və köməkçi tikilidə yanğın
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qədim Məhəmmədov vəfat etdi
-
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanıldı
-
ABŞ-da atışma nəticəsində 5 nəfər öldü
-
90 gündən çox gecikdirilən kreditlərlə bağlı dəyişiklik
-
Mingəçevirdə kişi bədbəxt hadisə nəticəsində öldü
-
5 boksçumuz Avropa çempionatının finalına yüksəldi
-
Oktyabrda həyatı dəyişəcək dörd bürc - Yeni səhifə açılır
-
Masazırda 4 avtomobil yanıb kül oldu - (Yenilənib/Video)
-
DYP sürücülərə müraciət edib
-
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
-
Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - Sərəncam
-
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
-
Meksikanın Deputatlar Palatasında azərbaycanlı rəssam Mehriban Alışovanın əsərlərindən ibarət “Azərbaycan: təbiətin palitrası” adlı sərginin açılışı olub - (Video/Foto)
-
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib
-
Lənkəranın 5 kəndinə dolu düşdü - (Foto)
-
Lahıc - daş küçələrin, qədim sənətkarlığın və tarix qoxulu evlərin ünvanı - FOTOlar
-
Hörmüzdə 11 ticarət gəmisi atəşə tutuldu
-
"Bitcoin" bahalaşıb
-
Azərbaycanda LGBT-nin təbliğatını qadağan edən qanun qəbul olunur





