"Fransa çoxdan Minsk Qrupunun həmsədri mandatından məhrum edilməlidir"
"Fransa Senatının qəbul etdiyi qətnamə qondarma Dağlıq Qarabağın tanınmasının zəruriliyinə dair qətnamədir".
Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.
Siyasi ekspert bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərdiyi gündən bəri Ermənistanın yanındadır və onu müdafiə edir:
"ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Fransa çoxdan bu mandatdan məhrum edilməlidir. Bu, həm də təkcə dünənki hadisə ilə bağlı deyil. Dağlıq Qarabağ münaqişsi başlayandan, ATƏT-in Minsk Qrupu, həmsədrləri yaradılandan bu vaxta qədər Fransa Ermənistanın yanındadır və onu müdafiə edir. Dünən əldə etdiyim bir məlumata görə təkcə son 10-15 ildə Fransa dövləti Ermənistana və qondarma Dağlıq Qarabağa 500 milyarda qədər yardımlar edib. Bunlar hamısı onu göstərir ki, uzun müddət ərzində Fransa heç vaxt ATƏT-in Minsk Qrupunun həmsədri kimi hərəkət etməyib. Cənab Prezident də bütün çıxışlarında deyir ki, biz Fransanın həmsədr kimi mövqeyindən razı deyilik. Fransanın hərəkətləri daşıdığı funksiyaya cavab vermir.
Elə isə biz də Korsikanı tanıyaq
Fransa Senatının bu qərarı təkcə ATƏT-in Minsk Qrupunin həmsədri kimi deyil, istənilən bir demokratik dövlət kimi düzgün addım deyil. Olmasın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi, olsun Almaniya, Böyük Britaniya və digər dövlətlər. Hər hansı bir qondarma qurumu götürüb dövlət kimi tanımaq olar? Elə isə biz də Korsikanı tanıyaq. Avropanın müxtəlif ölkələrində müxtəlif tanınmanın növbəsinə dayanan ölkələr var. Fransa bunamı yol açmaq istəyir?
Bu, boş kağız parçasından başqa bir şey deyil
Fransaya bunu təkcə ermənilərin yazıq gününə düşdüyünə görə deyil, o ölkədə baş verən proseslər məcbur edir ki, bu addımı atsınlar. Bildiyiniz kimi Fransa prezidenti Emanuel Makron beynəlxaq aləmdə üzləşdiyi uğursuzluqlarını nəyləsə ört-basdır etmək istəyir. Makron müsəlmanlara, Türkiyəyə qarşı etdiyi çıxışlarla, Aralıq dənizində Türkiyənin qarşısında tab gətirməməsi ilə beynəlxalq aləmdə gözdən və nüfuzdan düşür. Onun nüfuzdan düşməsi təsir edir ki, daxildə də nüfuzdan düşsün. Makron Ermənistanla daha da yaxın münasibət qurmaq cəhdləri etməklə demək istəyir ki, "ermənilər, mən sizin yanınzdayam və 2022-ci ildəki prezident seçkilərində mənə səs verərsiniz". O cümlədən Senatda keçirilən bu qətnamənin qəbul edilməsi də məhz 2022-ci ildə keçiriləcək seçkilərə hədəflənib. Ermənilər hesab etməsinlər ki, bununla da fransa onun yanındadır və Fransa qondarma Dağlıq Qarabağın tanınmasında hər hansı bir rol oynaya biləcək. Ermənilərin bu xülyaları elə xülya olaraq da qalacaq. Necə ki, 30 il xülya ilə yaşayırdılar və nəticə göz qabağındadır. Senatın bu qərarı prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi boş kağız parçasından başqa bir şey deyil.
Bundan sonra daha da ciddi işləməliyik
Biz döyüş meydanında çox böyük uğur qazandıq. Bütün dünya indi bundan danışır. Amma biz bundan sonra daha da ciddi işləməliyik. Biz əgər hərb meydanında bu uğuru əldə etdiksə, heç də siyasi arenada bundan zəif olmamalıyıq. Bundan sonra diplomatlarımız, diasporamız, səfirlərimiz, politoloqlarımız daha mütəşəkkil şəkildə işləməlidir ki, onları bu müstəvidə də üstələyək. Bu potensial bizdə var. Biz bunu hərbi sahədə dünyaya göstərdik. Ona görə ki, bizim rəhbərimiz öndə durmuşdu və bütün bu proseslərə şəxsən özü rəhbərlik edirdi. Bütün sistem Prezident İlham Əliyevin arxasınca getdi və onun kimi gecə-gündüz yuxusuna haram qatıb çalışdı. Nəticədə 44 gündə hərbi, siyasi və informasiya savaşında çox uğurlu əməliyyatın şahidi olduq. Amma bu uğurun arxasında dayanmaq və ardını gətirmək lazımdır. Və mən inanıram ki, xalqımız, dövlətimiz, Prezidentimiz bunun da öhdəsindən gələcək. Hamımız yenə də bu yolda bir olacağıq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
XƏBƏR LENTİ
-
"Liverpul" Alissonla bağlı qərar verdi
-
Dubayda milyonerin qarajı heyrətləndirdi: Hər ay lüks maşın alır - (Video)
-
Azərbaycanda məktəbə başlama vaxtı dəyişir? - Bəlli oldu
-
"O, həyatı boyu ürəyini dəyişmədi" - (Video)
-
Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər var
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var





