Siyasət

Yüksək vəzifəli ermənilər Qarabağdan qaçıb - Arayik Arutyunyan tək qaldı, əgər sağdısa...

3 Noyabr 2020 21:46
Baxış: 10 952

Qondarma Dağlıq Qarabağ rejimi casusluq və cəbhədən qaçmaq qalmaqalına görə bir çox məmuru işdən çıxarılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərara əsasən müharibənin ilk günlərindən Qarabağı tərk edən vəzifəli şəxslər tutduqları işlərdən azad ediliblər:

- Prezidenin köməkçisi Rudik Martirosyan

- Baş Prokurorun müavinləri Erik Verdiyan və Sasun Qabriyelyan

- Dövlət Statistika Komitəsinin üzvü Armen Soğomonyan

- Mərkəzi Seçki Komissiyasının üzvü Yeqişe Arzumanyan

- Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Arkadi Soğomonyan

- Şəhərsalma nazirinin müavini David Avanesyan

- Təhsil, Elm və Mədəniyyət Nazirliyinin aparat rəhbəri Erik Qriqoryan

- Dövlət Gəlirləri Komitəsinin aparat rəhbəri vəzifəsini icra edən Qaqik Ayrapetyan

- Prezident Aparatının Hökumət İşləri üzrə Administrasiyasının köməkçisi vəzifəsindən Artak Arustamyan

Görünən odur ki, yüksək "vəzifəli" ermənilər çoxdan Qarabağı tərk edib. Qondarma rejimin başçısı Arayik Arutyunyandan isə bir neçə gündür xəbər yoxdur, bəzi KİV-lərin məlumatına görə, o, Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.