Azərbaycan Ordusunun əməliyyatları Ermənistan hərbçilərində psixoloji gərginlik yaradıb - Hərbi ekspert
Ermənistanda siyasi rəhbərlik və hərbi komandanlıq arasında gərginlik döyüşlərin ilk günündən bəllidir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, belə bir vəziyyətdə artıq Ermənistan ordusunda hər hansısa bir nizam - intizam və effektiv döyüş ruhunun olmayacağı məlum idi: "Düşmən ordusunda aşağı səviyyəli döyüş ruhunun olmasının bir neçə səbəbi var. Birincisi, artıq Ermənistanda erməni əhalisi məsələnin birdəfəlik həll olunmasını istəyir. Ona görə də hərbi xidmətdən qaçırlar. Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb. Əhali müharibənin ilk həftəsindən məğlubiyyəti dadmağa başladı. Ermənistan rəhbərliyi döyüşlərdə Azərbaycan Ordusunun uğurlarını nə qədər gizli saxlasa da, artıq hər şey əhaliyə məlum oldu. Bir həftədən sonra Qarabağdakı separatçılar ərazini tərk etməyə başladılar. Ermənistanda da bu ab-hava mövcuddur".
Ekspertin sözlərinə görə, Ermənistan xalqı artıq bilir ki, bu ərazilər Azərbaycanındır və Azərbaycan bu əraziləri geri alacaq: "Ermənistanın ən tanınmış şəxsləri artıq bunu bilir və vəziyyətin gərgin olduğunu anlayır, hətta Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı çağırışlar edirlər. Ötən gün Ermənistan Müdafiə Nazirliyi də əraziləri itirdikləri ilə bağlı məlumatları açıqlayıb. Bununla bağlı xəritəni də təqdim ediblər. Azərbaycan Ordusu hər gün vacib strateji yüksəklikləri işğaldan azad edir. Ermənistan artıq bu məğlubiyyətlə barışmaq məcburiyyətindədir. Başqa çıxış yolları qalmayıb. Strateji, taktik, hərbi - siyasi psixoloji istiqamətlərdə belə Ermənistan dövləti artıq məğlub olub. Bunu etiraf etmək onlar üçün ən doğru yoldur. Azərbaycan Ordusunun bölgənin dərinliklərində düşmənə qarşı apardığı hərbi əməliyyatlar artıq Ermənistan ordusunun şəxsi heyətində psixoloji gərginlik yaradır. Ermənisatan artıq dərk edir ki, Azərbaycan Ordusunun qarşısında acizdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





