"Qisas" əməliyyatı: Azərbaycan hərbi cani, general Calal Arutyunyanı belə məhv etdi - VİDEO
Bu gün Qarabağdakı qondarma rejim "müdafiə ordusunun komandanı", general Calal Arutyunyanın "döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını" açıqlayıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə "sıraya qayıdacaq".
Milli.Az bildirir ki, virtualaz.org hərbi cani Calal Arutyunyanın doğrudan da "sıraya qayıtdığını" təsdiq edən sensasion videokadrlar əldə edib və belə məlum olur ki, bu qondarma "komandan" əslində indiyədək ordumuzun Qarabağda məhv etdiyi digər hərbi canilərin sırasına "qayıdıb".
Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.
Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.
Azərbaycan hakimiyyəti Calal Arutyunyanı 1992-ci ildən bəri ölkə ərazisində xüsusilə ağır hərbi cinayətlər törətməkdə ittiham edirdi. C.Arutyunyan Qarabağın işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı terrorçuluq hərəkətlərinin törədilməsində və digər hərbi cinayətlərdə fəal iştirak edib. Sonradan işğal altındakı ərazilərdə yaradılmış hərbi strukturun rəhbərliyində yer alıb.
Azərbaycan hakimiyyəti bütün hərbi caniləri silahı yerə qoymağa və qanuni hakimiyyətin tələblərinə tabe olmağa çağırır. Əks halda Azərbaycan dövləti "Qisas" əməliyyatını davam etdirmək və ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində digər hərbi caniləri də məhv etmək haqqını özündə saxlayır.
Qeyd edək ki, antibəşəri və terror cinayətləri törətmiş hərbi canilərin, cinayətkarların məhv edilməsi praktikasından ABŞ, İsrail, Rusiya, Türkiyə və digər qabaqcıl ölkələrin xüsusi xidmət orqanları, xüsusi təyinatlı qüvvələri istifadə edirlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Gələn həftə deputatların tətili başa çatır
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - (Foto)
-
Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - ( Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - (Foto)
-
Kriminal avtoritet İsraildə qətlə yetirildi
-
Adil Dəmirov ölkəmizə ekstradisiya olunacaq
-
Dövlət Komitəsində struktur və kadr dəyişiklikləri oldu
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - ( Foto)
-
Şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək - ADY
-
Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
-
Azərbaycan-Özbəkistan münasibətləri daha böyük regional prosesin bir hissəsidir - Sevil Mikayılova
-
Universitetlərə qəbul imtahanlarının nəticələri açıqlandı
-
Xətaidə bir gün su olmayacaq
-
Xələf Xələfova ağır itki
-
Dəmiryolunda “TikTok” üçün video çəkərkən “tok” vuran yeniyetmə vəfat etdi
-
Gələn həftə deputatların tətili başa çatır
-
Mahmud Qurbanov millinin baş məşqçisi oldu
-
Rusiyada mühüm obyektlərə dövlət nəzarəti gücləndiriləcək
-
İran tamamilə çökür
-
Bakıda bu küçə gecə saatlarında bağlanacaq - Sürücülərin diqqətinə
-
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - (Foto)
-
Azərbaycan ilə Özbəkistanın Prezidentləri və Birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - ( Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb - (Video)
-
Suriyanın Palmira bölgəsində partlayış: Ölən və yaralananlar var
-
Çin mənşəli 4 qida məhsulunda uyğunsuzluq aşkarlanıb
-
Sabunçuda köhnə aptek bazasında meyit aşkarlandı
-
Ermənistanda daha bir hərbçi intihar edib





