Siyasət

"Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb" - FOTO

22 Oktyabr 2020 11:05
Baxış: 4 152

Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda olan Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də bildirib.

H.Hacıyev deyib: "Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.