"Dinlərarası dialoq sahəsindəki siyasəti bu gün Azərbaycanı Ermənistanın böhtanlarından müdafiə edir"
İşğalçı dövlət xalqımızın 30 ildir ki, pozulan hüquqlarının bərpası üçün apardığı mübarizəni çirkin vasitələrə əl atmaqla "dinlərarası toqquşma" kimi təqdim etməyə, beləliklə Qərb dairələrinin və Rusiyanın dəstəyini qazanmağa cəhd göstərir.
Milli.Az bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
S.Heydərov bildirib ki, Zrmənistanın işğalda olan Şuşa şəhərindəki Qazançı kilsəsinin atəşə tutulması ilə bağlı beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi, o cümlədən Azərbaycan və Türkiyənin xristian məbədlərinə qarşı "vandalizm" siyasəti yürütdüyü barədə görüntü yaratmaq niyyətindən irəli gəlir:
"Təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət Qazançı kilsəsi ilə bağlı "həssas" münasibətini, işğal altındakı torpaqlarda dağıdılmış məscidlərimiz və tarixi abidələrimizə qarşı göstərmir. Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan Azərbaycanı digər dinlərin məbədlərinə qarşı hörmətsizlikdə ittiham etmək isə olduqca absurd görünür.
Xalqımızın bütün dinlərə olan hörmətini Azərbaycan dövlətinin etnik, dini baxımdan zənginliyi fonunda həyata keçirdiyi hüquq bərabərliyinə, tolerantlıq və multikulturalizmə əsaslanan siyasətinə, bu siyasətin hüquqi və praktiki nəticələrinə baxaraq aydın görmək mümkündür. Azərbaycanda nəinki xristianlara, heç bir dinin nümayəndələrinə qarşı diskriminasiya olmayıb, əksinə, Azərbaycan hökumətinin dini fəaliyyət sahəsində həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə xristianlara öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaq üçün ideal şərait mövcuddur.
Bu gün Azərbaycanda 25 xristian dini icması, 14 kilsə ilə yanaşı, bir çox xristian dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi, o cümlədən Qafqaz Alban mirasımızın qorunması buna əyani sübutdur. Zaman göstərdi ki, dövlətimizin mədəniyyətlərarası və dinlərarası dialoq, multikulturalizm və tolerantlıq sahəsində həyata keçirdiyi düşünülmüş, strateji siyasət bu gün bizi bir çox əsassız ittihamlar, eləcə də Ermənistanın böhtanlarından müdafiə edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
XƏBƏR LENTİ
-
Aqnes Nqetiç bir saniyə fərqlə dünya rekordunu yenilədi
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
PSJ prezidenti ilə bağlı araşdırma başladı
-
Andrey Babiş AB-ni impotent adlandırdı
-
Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası - Elmir Muradov yazır
-
Ağdamda kəhriz quyusundan meyit tapıldı
-
BDYPİ hava şəraiti ilə əlaqədar sürücülərə müraciət etdi
-
Üzüm və Şərab Festivalının ikinci günü başlayıb - (Video)
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
-
İran qonşu ölkələri hədələdi
-
Rusiyada ayı 2 nəfəri parçaladı
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov





