Siyasət

Səfir: Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib

29 Sentyabr 2020 16:30
Baxış: 1 819

Azərbaycanın heç bir bombası Ermənistan ərazisinə düşməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

O, həmçinin əlavə edib ki, Azərbaycan ordusunun muzdlu döyüşçülərə ehtiyacı yoxdur, bu barədə Ermənistandan qaynaqlanan bütün xəbərlər saxtadır.

P.Bülbüloğlu bildirib ki, Rusiyada çoxlu sayda azərbaycanlı cəbhəyə getmək üçün müraciət edib:

"Bu günlərdə səfirlikdə çoxlu sayda müraciət qəbul edilir. Onlar döyüşmək arzusunda olan vətənpərvər insanlardır. Biz onlara dərindən təşəkkür edirik. Amma bu gün bizim buna ehtiyacımız yoxdur, ordumuz tam təchiz olunub, bizim ən müasir silahlarımız var".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.