"Ermənistana dəstək olan ölkələr vəziyyətdən narahatdır, regionda yeni..." - İlqar Vəlizadə
Açıq-aşkar görünür ki, Ermənistana açıq da olmasa dolayısıyla dəstək olan ölkələr vəziyyətdən narahatdır.
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib:

Bu müharibə işğalın fəsadıdır
"Vəziyyətdən narahatçılıqdan söhbət gedirsə, narahatçılıq,ilk növbədə, Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı, bu işğal faktı ilə bağlı olmalıdır. Əgər işğal olmasaydı, müharibə də olmayacaqdı və bu müharibə işğalın fəsadlarıdır indi biz bunu seyr edirik. Erməni tərəfi öz işğalçı siyasətindən, öz işğalçı praktikasından əl çəksə, əlbəttə ki, müharibə də dayanacaq, sülh də bərqərar olacaq, insanlarımız da doğma yurd-yuvalarına qayıdacaqlar və digər məsələlər də öz həllini tapacaq.
Azərbaycan tərəfi məcburən bu addımı atıb
Dünya ictimaiyyəti, mötəbər təchizatlar problemin həllinə yönəlməlidir, münaqişənin yaratdığı fəsadlara yönəlməməlidir. Qarabağ problemi əgər kökündən həll olunsa, yəqin ki, bütün bu fəsadlar da aradan qalxacaq. Azərbaycan tərəfi məcburən bu addımı atıb. Yəni, Azərbaycan tərəfinin Ermənistan tərəfi məcbur edib ki, bu addımı atsın. Burada məsələnin kökünə baxmaq lazımdır və bu problemin səbəbkarına təzyiq göstərərək məsələni həll etməyə çalışmalıdırlar.
O demək deyil ki, bunlar deyirlər döyüşləri dərhal dayandırın, biz dayanmalıyıq
Hərbi müstəvi ilə yanaşı eyni zamanda diplomatik müstəvidə də işlər gedir. Biz həm hərbi, həm də diplomatik müstəvidə fəal olmalıyıq. Əlbəttə ki, bəyanat varsa, beynəlxalq təchizat bəyanat verirsə, biz bu bəyanata adekvat cavab verməliyik. Amma bu, o demək deyil ki, bunlar deyirlər döyüşləri dərhal dayandırın, biz dayanmalıyıq. Bu hərbi əməliyyatların öz məntiqi var. Məntiq də ondan ibarətdir ki, hərbi hədəf varsa, bu hərbi hədəfə çatmamış hərbi əməliyyatları dayandırmaq olmaz. Heç bir ordunun tarixində belə bir şey olmayıb. Hansısa hədəflər olmalıdır, hədəflərə çatılmalıdır və bu məsələ həll olunmalıdır.
Regionda yeni geosiyasi mənzərə formalaşır
Azərbaycan ordusu qarşılarına qoyulan hədəflərinə çatmalıdır. Bu, heç müzakirə olunan bir şey deyil. Müzakirə başqa bir şey oluna bilər. Əlbəttə ki, bütün müharibələrdən sonra sülh danışığı gedir. Bəli, biz gələcək sülhlə bağlı fikir mübadiləsi, danışıqlar apara bilərik. Amma yenə də deyirəm, yaranmış vəziyyətdə bu sülhdən yeni hərbi-siyasi reallıqların prizmasından danışa bilərik. Bu yeni hərbi-siyasi reallıq bizim ordumuz, dövlətimiz tərəfindən yaradılır. Çünki bu status-kvonu pozmaq lazım idi. Erməni tərəfi bundan imtina edirdi, biz məcbur olduq bunu pozduq. Regionda yeni geosiyasi reallıq, mənzərə formalaşır, hamı bu reallığı dərk etməlidir, xüsusilə də Ermənistan tərəfi".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
XƏBƏR LENTİ
-
Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
-
“Kurtlar Vadisi Pusu” FETÖ araşdırmasına cəlb edildi
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov





