Ermənistanın müsəlman dünyasına qarşı cinayət faktları Misir mətbuatında - FOTO
Milli Məclisin deputatı Könül Nurullayeva Misirin nüfuzlu "Aldiplomasy.com" portalında Ermənistanın müsəlman dünyasına qarşı cinayətini əks etdirən məqalə ilə çıxış edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də İran İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən növbəti dəfə diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldərək, tarixi-dini abidələrimizin dağıdılması və təhqir edilməsini vurğulayıb. Azərbaycan dövlət başçısı haqlı olaraq bunu yalnız bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayət kimi qiymətləndirib. Qeyd olunur ki, 1994-cü ilin qiymətləndirilmə sənədləri əsasında aparılan təxmini hesablamaların nəticəsinə görə respublikamıza dəymiş ümumi zərərin məbləği 23 trilyon 680 milyon manat və ya 6 milyard 71 milyon ABŞ dolları təşkil edir.
Məqalədə, həmçinin vurğulanır ki, işğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi bu gün də davam edir və bu, beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır: "Azərbaycan xalqının mədəni irsi dünya mədəniyyətinin tərkib hissəsi olduğundan Azərbaycan Respublikasının ərazisində xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin mühafizəsi beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir. Bu, eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi, bütövlükdə müsəlman dünyasına qarşı törədilən cinayətdir. Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verən ölkə kimi İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman səylərini davam etdirməyə hazırdır. Bu mənada İslam dünyası Ermənistanın uzun illərdən bəri davam edən işğalçılıq siyasəti və Azərbaycanın milli-mədəni irsinin, İslam mədəniyyətinə aid dini abidələrin dağıdılması ilə bağlı qətiyyət sərgiləməlidir. Birmənalı şəkildə unutmaq olmaz ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də söylədiyi kimi- məscidləri dağıdan, orda heyvan saxlayaraq bu dəyərləri təhqir edən ölkə əsla müsəlman ölkələrinin dostu ola bilməz".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
XƏBƏR LENTİ
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır





