Bizi şəbəkədə zəhərləyənlər: onlarla nə edək? - BAŞ REDAKTORDAN
Vaxt var idi, onlar fəal şəkildə çalışırdılar hər ütüdən çıxıb "müdrik" kəlamlarını çatdırsınlar. Amma indi... susqunluq... Qulağı batıran susqunluq... Çünki havadarları onlardan istifadə ediblər və istifadə müddətləri artıq bitib. Söyüşcül blogerlər... Bunları belə də adlandırmaq olar. Onları pul-para ilə təmin et, sosial şəbəkələrdə ağzına gələni danışsınlar. Və sözlərini söyüşlərlə "bəzəsinlər". Çünki "həqiqət" yalnız bu şəkildə deyilməlidir. Pul-paranı isə bunlara çatdıranlar çoxdur - bəzi məmurlar, xarici dairələr, ölkəmizin inkişafını həzm edə bilməyən antimilli ünsürlər.
Bu məsələyə dövlətimizin başçısı da toxunur. Məsələn, Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə bugünkü müraciətində deyilir:
"Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək".
Dövlətimizin başçısı açıq şəkildə qeyd edir ki, gənclərin beyni bəzi xarici dairələr tərəfindən zəhərlənir. Niyə xarici dairələr? Çünki həmin müraciətdə qeyd edilir ki, "Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili". Bəli, bu müstəqil siyasəti bəzi dairələr həzm edə bilmir. Bu dairələrə müstəqil siyasət yürüdən dövlət yox, əmrlərini yerinə yetirən kölə ölkə lazımdır. Ona görə də vicdan hissi olmayanlara, Vətəni satanlara böyük həcmdə pullar xərclənir. Azərbaycan - gənc ölkədir, gənclər ölkəsidir. Ona görə də xarici dairələr, əl altındakı olan blogerlər xüsusi fəaliyyət göstərirlər - gənclər bəzi şeyləri dərk etməyə bilər, onları aldatmaq daha asandır. Xarici dairələr çox gözəl başa düşürlər ki, bugünkü gənclər yaxın gələcəkdə ölkəmizi daha böyük pillələrə daşıyacaq, Azərbaycan onların sayəsində daha qüdrətli və güclü olacaq. Ona görə də əsas hədəf onlardır, gənclər.
Amma qloballaşan dünyada ölkəmizin inkişafını istəməyən güclər hədəflərinə nail ola bilməyəcəklər. Çünki bugünkü Azərbaycan gənci daha çevikdir, həqiqəti yalandan ayıra bilir və ölkənin sürətli inkişafını təmin edə biləcək qüvvəyə çevrilib - bunu son təyinatlar bir daha təsdiq edir. Ona görə də susmağa davam, oyunu uduzdunuz, cənablar...
Anar İmanov
Milli.Az-ın Baş redaktoru
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
XƏBƏR LENTİ
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
-
Bakıda Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır - (Video)
-
Bakıda avtomobil alovlandı, 4 nəfər son anda canını qurtardı - (Video)
-
Tacir Şahmalıoğlunun oğlu canlı yayımda ağladı: "Mənə pis təsir edir" - (Video)
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Paşinyan rus dili kursuna gedir
-
Vüsalə Xəzər TV-dən getməsi iddiasına belə cavab verdi - (Foto)
-
Prezident Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
-
Arda Gülerin dəyişimi diqqət çəkdi: 12 kq əzələ... - (Foto)
-
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak ediblər
-
Saç kəsimini bəyənmədi, bərbərini bıçaqladı - Anbaan Video
-
İlham Əliyev: Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq
-
Azərbaycan Prezidenti: TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik
-
İspaniya Luis de la Fuente ilə bağlı qərar verdi
-
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır
-
Prezident İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır





