Siyasət

Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi

23 Avqust 2020 12:07
Baxış: 4 788

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

Milli.Az bildirir ki, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar.

Bundan başqa, sabiq Rabitə naziri Əli Abbasov, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Teymurzadə də eyni məbləğdə cərimə olunub.

DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.