Siyasət

"Bəzi konqresmenlərin erməni lobbisi ilə əlaqələri araşdırılmalıdır" - Hikmət Hacıyev

21 İyul 2020 13:22
Baxış: 762

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev guya ABŞ-da Azərbaycana qarşı düzəlişin qəbul edilməsi ilə bağlı Ermənistan tərəfinin yaydığı şayiələrə münasibət bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, belə bir məsələnin olmadığını qeyd edən H.Hacıyev deyib ki, bu, ABŞ-da olan erməni lobbi dairələrinin Azərbaycana qarşı növbəti ucuz qarayaxma kampaniyasıdır.

H.Hacıyev qeyd edib ki, elə konqresmenlər var ki, erməni lobbi dairələri ilə əməkdaşlıq edirlər və onların təsiri altındadırlar. PA rəsmisi bildirib ki, həmin konqresmenlərin erməni lobbisi ilə əlaqələri araşdırılmalıdır. H.Hacıyev vurğulayıb ki, ABŞ ictimai-siyasi darələrində bu təxribatı və regionda ictimai siyasi vəziyyəti, o cümlədən ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlığı dərindən bilən adamlar var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.