Siyasət

ARDNF-nin Müşahidə Şurasına yeni üzv təyin edilib

6 May 2020 15:35
Baxış: 1 130

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasında Azərbaycan Respublikası Milli Məclisini təmsil edəcək üzv kimi Milli Məclisin Sədr müavini Adil Əliyev təyin edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və Təhlükəsizlik Komitəsinin Sədr müavinidir. Daha öncələr Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycan Respublikasının Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.