Siyasət

Azərbaycanla İtaliya arasında yeni anlaşma memorandumu təsdiq edildi

5 May 2020 13:04
Baxış: 717

Milli Məclisi bu gün keçirilən plenar iclasında Azərbaycanla İtaliya arasında yeni sənədin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" məsələyə baxılıb.

Qeyd olunub ki, anlaşma memorandumu iki ölkə arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.