Siyasət

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

30 Mart 2020 11:52
Baxış: 822

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur: "Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".

Təklif səsə qoyularaq qəbul edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.