"İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib" - Sona Əliyeva
Azərbaycan enerji ixracatçısı olaraq Avropanın enerji təhlükəsizliyində mühüm aktora çevrilib və ölkəmiz bu baxımdan da İtaliya üçün maraqlıdır.
Milli.Az xəbər verir ki, bunu Trend-ə deputat Sona Əliyeva deyib.
O qeyd edib ki, TANAP və TAP layihələri vasitəsilə Azərbaycan qazının bir hissəsi İtaliya ərazisindən keçir: "Bu kontekstdə Azərbaycan İtaliya üçün önəmli olmaqla yanaşı, sözügedən ölkənin investisiya şirkətləri də Azərbaycan iqtisadiyyatında iştiraka xüsusi önəm verirlər.
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıqla bağlı ikitərəfli saziş hazırlanıb. Azərbaycan artıq Aİ-nin 9 ölkəsi ilə bu kontekstdə ikitərəfli münasibətlər qurub, sazişlər imzalayıb.
Dövlət başçısının səfəri ümumilikdə Azərbaycan-Avropa münasibətlərinin inkişafına təkandır. Bu baxımdan da Prezident İlham Əliyevin İtaliyaya səfəri təsadüfi deyil".
Deputat vurğulayıb ki, İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: "İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşündə münaqişənin sülh yolu ilə və tezliklə həllində maraqlı olduğunu bildirdi. Hazırda ATƏT-ə sədrlik edən bir ölkənin başçısından bu kimi sözləri eşitmək xoşdur. Ümid edirəm ki, İtaliya ATƏT-ə sədrliyi dövründə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərini daha da artıracaq.
Şübhəsiz ki, İtaliya ilə Azərbaycan arasında imzalanan strateji tərəfdaşlıq sənədləri bizim gələcək əlaqələrimizin konturlarını cızmış oldu. Bizim Avropanın mərkəzində İtaliya kimi strateji tərəfdaşımızın olması ölkəmizin Qərbi Avropadakı nüfuzunu daha da artırmaqdadır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin adından Türkmənistan Prezidentinin şərəfinə dövlət ziyafəti verilib - (Foto/Video)
-
Avropa Şurasının Bakı ofisinin rəhbəri XİN-ə çağırıldı
-
Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq ölkələrimizin uzunmüddətli maraqlarına cavab verir - Sərdar Berdiməhəmmədov
-
Prezident İlham Əliyev: Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkmənistan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq uzunmüddətli xarakter daşıyır
-
Ədliyyə naziri Fərid Əhmədov xüsusi icra sisteminin tətbiqi ilə bağlı qərar imzaladı
XƏBƏR LENTİ
-
Günə enerji dolu başlayın: Uzmanlara görə səhər edilməli olan 5 hərəkət
-
2 kiloqram ərik mürəbbəsinə nə qədər şəkər tozu vurulmalıdır?
-
Məsamələri sıxlaşdıran 4 effektiv dəriyə qulluq vərdişi
-
Tərəvəz sevənlər üçün kabaklı plov resepti
-
Lavanda yağı: Təbiətin sakitləşdirici və çoxşaxəli gücü
-
"Yeraltı"nın aktrisası, Devrim Özkan reklamdan 11 milyon qazandı
-
Bakıdakı universitetlərin köçürüləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
Günün qoroskopu: Münasibətlərdə harmoniyanı tapmaq üçün çalışmalısınız
-
Şagirdlər üçün ev tapşırığı minumuma endirilə bilərmi? - AÇIQLAMA
-
Ufuk Özkanın son halı - (Foto)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Monitorinq imtahanında sual kitabçası şagirdə niyə verilmir? - Emin Əmrullayevdən izah
-
Şakiranı öpüşə qərq etdi - FOTO
-
"WhatsApp"a yeni rəhbəri - Kunal Şah
-
Messi Argentina - Avstriya matçının ən yaxşı oyunçusu olub
-
DÇ-2026 - Argentina Avstriyanı məğlub etdi
-
Yuxu turizmi: Klassik yay tətilini əvəz edən 72 saatlıq yeni qaçış yolu
-
Bürcünüzə görə bu yay izləməli olduğunuz klassik film
-
Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur
-
Məktəbəqədər təhsilin əhatə dairəsi 50 faizə çatdırılacaq
-
Pezeşkian: Biz diplomatiyanı davam etdirməyə hazırıq
-
Ağdamda qaz olmayacaq - Yenilənib
-
Messi dünya çempionatlarının bombardiri oldu
-
Qara dənizdə Türkiyəyə gəminə hücum, yaralılar var





