"Prezidentin rəsmi səfərindən sonra İtaliya Azərbaycan sahibkarları üçün Avropada əsas bazarlardan biri ola bilər" - Vüqar Bayramov
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Belə ki, rəsmi statistikaya görə, İtaliya-Azərbaycan arasında ticarət dövriyyəsi 6 mlrd dollardan çoxdur və bu, ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdən birini təşkil edir. Eyni zamanda əvvəlki dövrlərə diqqət yetirsək görərik ki, son illər İtaliya Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım var. Əsasən son üç ildə bu rəqəm 4,7 mlrd dollardan 6,2 mlrd dollara qədər dəyişib ki, bu da ticarət dövriyyəsinin həcminin artmasından xəbər verir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya fevralın 19-da baş tutan səfərini şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi daha çox enerji əməkdaşlığı üzərində formalaşıb: "İtaliya Azərbaycandan neft məsullarını alan əsas Avropa ölkəsidir. Bununla yanaşı təbii ki, Azərbaycan növbəti mərhələdə Cənub Qaz dəhlizi vasitəsilə İtaliya bazarına mavi qaz nəql edəcək. Həmçinin TAP kəməri vasitəsilə Avropa bazarına birinci mərhələdə ildə 10 mlrd kub metr, ikinci mərhələdə ildə 20 mlrd kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub".
Vüqar Bayramovun sözlərinə əsasən, Azərbaycan - İtaliya arasındakı əməkdaşlığın ölkə Prezidentinin son səfərindən sonra məhz daha çox qeyri-neft sektoru istiqamətində inkişaf edəcəyi gözlənilir: "Təbii ki, ölkə Prezidentinin iştirakı ilə bu gün İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi də birbaşa qeyri-neft sektorunda, enerjidən kənar sahələrdə iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Qeyd edək ki, Avropa 500 mln istehlakçısı olan alıcılıq qabiliyyətinə görə dünyanın ən böyük bazarıdır. İtaliya isə Azərbaycan sahibkarları üçün qeyri-neft məhsullarını ixrac etmək baxımından Avropada əsas bazarlardan biri ola bilər.
Eyni zamanda İtaliyadan xarici investisiyanın cəlb edilməsi, birgə yeni layihələrin və proqramların reallaşdırılması bu gün müzakirə edilən məsələlərdən biridir.
Bu baxımdan Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, həm də İtaliya-Azərbaycan əməkdaşlığının qeyri-neft sektoru üzrə inkişaf etməsinə, ölkələrin enerjidən kənar sektorlar üzrə əməkdaşlığının genişlənməsinə imkan verəcək. Bu, təbii ki, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Eyni zamanda bu, İtaliyanın Azərbaycan sahibkarları üçün yeni bazarlardan biri kimi çıxış edə biləcəyi anlamına gəlir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da İtaliya Respublikasına dövlət səfərinə gedib.
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi oldu.
Azərbaycanın dövlət başçısının səfəri çərçivəsində fevralın 21-də İtaliya-Azərbaycan Biznes Forumu da baş tutacaq. Bu tədbirin iqtisadi tərəfdaşlığa ciddi impuls verəcəyi qeyd olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Foto/Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
XƏBƏR LENTİ
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Foto/Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
-
Cem Uslu “Eşref Tek”də rol alacaq - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Rəcəb Tayyib Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - (Video)
-
Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur - Ərdoğan
-
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - (Foto)
-
“Nazpərini yamsılayanları qəbul edə bilmirəm” -
-
Xankəndidə Zəfər konserti: Ərdoğanın sevdiyi mahnı səsləndirildi - (Video)
-
Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - (Foto/Video)
-
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - (Foto/Video)
-
Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırıb
-
Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər - (Foto/Video)
-
Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər
-
Prezident İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - (Foto/Video)
-
Peru mətbuatı Zəfər Günündən yazıb
-
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub





