Siyasət

Xoşagəlməz hallardan sui-istifadə etməyə çalışanlar var - Məzahir Pənahov

20 Fevral 2020 17:19
Baxış: 1 277

"Bəziləri hansısa xoşagəlməz hallardan sui-istifadə etməyə çalışır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, bütün xoşagəlməz hallar MSK tərəfindən ciddi araşdırılır. MSK sədri vurğulayıb ki, insanlar əlində nə varsa təqdim etməlidir. "Əgər sizdə nəsə material varsa qoyun sosial şəbəkələrə. Ümumilikdə sosial şəbəkələrdə 385 videogörüntü yayılıb. Kiminsə əlində nəsə varsa sosial şəbəkələrə yerləşdirin, Mərkəzi Seçki Komissiyası bütün görüntüləri araşdıacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.