Siyasət

Avstriya səfirliyi "Baku Network" Ekspert şurasının tədqiqatı ilə maraqlanıb

31 Yanvar 2020 13:15
Baxış: 855

Yanvarın 30-da Avstriyanın Bakıdakı səfirliyində "Baku Network" Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərovun Avstriyanın Azərbaycandakı səfiri Bernd Aleksandr Bayerl, attaşe Tomas Reydl və İctimai Televiziyada yayımlanan "Radius" hərbi-analitik verilişinin rəhbəri Heydər Mirzə ilə görüşü baş tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, görüş "Baku Network" Ekspert şurasının direktorunun Birinci Dünya Müharibəsi illərində Azərbaycan tarixində vacib rol oynamış avstriyalı polkovink-leytenant Tomasın həyat yoluna həsr olunub.

Məlumdur ki, Tomas Rusiya ordusunun ələ keçirdiyi minlərlə türk, alman və avstriyalı əsirlərlə birgə Nargin adasında saxlanılıb. O, azərbaycanlı balıqçıların köməyi ilə qaçmağa nail olub. Uzun keçməkeşlərdən sonra Tomas İstanbula çata bilib və burada Osmanlı ordusunun komandanı Ənvər paşa ilə görüşüb. Bu görüşdə Tomas Ənvər paşaya Azərbaycandakı vəziyyət barədə ətraflı məlumat verib və Osmanlı ordu hissələrinin Bakıya hərəkət etməsi ilə bağlı qərarın qəbulunda vacib rol oynayıb. Arxivlərdə Ənvər paşanın Vəhbi paşaya ünvanladığı və Tomasla görüş barədə məlumatın əks olunduğu məktub var. Bu məktub vasitəsilə Qafqaza, Azərbaycan istiqamətində hərəkət etməyə əmr verilir.

(Bu məsələ barədə daha ətraflı: https://www.trend.az/azerbaijan/2660495.html və https://news.day.az/politics/821443.html).

Avstriya səfirliyindəki görüş zamanı avstriyalı zabitin sonrakı fəaliyyətinin tədqiqi ilə bağlı imkanlar müzakirə edlib.

"Baku Network" Ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel: https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.