Məzahir Pənahov MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb
Yanvarın 19-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) İcrayə Komitəsi sədrinin birinci müavini Viktor Quminski və MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüşüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, ölkəmizdə keçirilən seçki prosesinin müşahidəsində daim yaxından iştirak edən MDB nümayəndə heyətinin salamlayan sədr Məzahir Pənahov parlament seçkiləri ərəfəsində MSK-da keçirilən görüşdən məmnunluğunu bildirib. M.Pənahov seçki öncəsi proseslə bağlı məlumat verib. MSK sədri, həmçinin Dairə və məntəqə seçki komissiyalarında aparılan hazırlıq işləri ilə bağlı qonaqları məlumatlandırıb. Sədr əlavə edib ki, 1000 məntəqədə veb-kameralar quraşdırılması istiqamətində işlər aparılır. Bundan başqa yerli və beynəlxalq müşahidəçilər qeydə alınıb.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Viktor Quminski MDB İcrayə Komitəsinin sədri Sergey Lebedevin salamlarını çatdırıb. Qonaq qeyd edib ki, onlar Azərbaycanda keçirilən seçki prosesini daima müşahidə edirlər. V.Quminski əlavə edib ki, ölkəmiz bu sahədə böyük təcrübə qazanıb.
Bundan başqa görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı, faydalı əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır - Hikmət Hacıyev
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
XƏBƏR LENTİ
-
REDMI Note 17 Series Azərbaycanda satışa çıxır - (Foto)
-
"PISA bizim üçün güzgüdür" - Emin Əmrullayev
-
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycandan sonra Ermənistana səfər edəcək
-
Rusiya Litvanı nüvə silahının hədəfinə çevirə bilər - Peskov
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
-
“Mançester Yunayted” 1016 gündən sonra Çempionlar Liqasında qol vurub
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev





