Siyasət

Azərbaycan bütün region ölkələri ilə konstruktiv əməkdaşlıq münasibətləri qurmağı bacarıb - Politoloq - VİDEO

17 Dekabr 2019 10:24
Baxış: 896

"Azərbaycan bütün region ölkələri, eyni zamanda, dünyanın digər ölkələri ilə konstruktiv əməkdaşlıq münasibətləri qurmağı bacarıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihə çərçivəsində Trend-ə müsahibə verən politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, bu, Azərbaycanın xarici siyasət prinsiplərinə cavab verir. Azərbaycan dünya ölkələri ilə bərabərhüquqlu münasibətlər qurur və bu münasibətlər çərçivəsində əməkdaşlığını inkişaf etdirir:

"Xüsusilə, qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanla tərəfdaşlıq edən dövlətlər yeni əməkdaşlıq istiqamətlərinin tapılması ilə bağlı maraqlarını nümayiş etdirirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xarici siyasi fəaliyyətində, geoiqtisadi təşəbbüslərində həmişə öz maraqları ilə yanaşı, tərəfdaş olduğu dövlətlərin də maraqlarını nəzərə alır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.