Siyasət

Miroslav Layçak: "ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır"

5 Dekabr 2019 17:09
0 Şərh     Baxış: 739

ATƏT prinsipləri münaqişələrin qarşısının alınması üzrə işin əsasında dayanmalıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Slovakiyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Miroslav Layçak ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasının iştirakçılarına ünvanlanmış müraciətində deyib.

M.Layçak bildirib ki, dünyada təhlükəsizlik üzrə inklüziv və hərtərəfli regional təşkilat olaraq ATƏT zamanın sınağından uğurla keçib:

"Təşkilatın əsasını norma, prinsip və öhdəliklərin toplusu təşkil edib. Həmçinin təşkilat vəziyyətə uyğunlaşmağa və inkişaf etməyə davam edən praktik vasitə və mexanizmlərə malikdir. ATƏT-in prinsip və öhdəlikləri münaqişələrin qarşısının alınması və bütün ATƏT regionunda sabitliyin möhkəmləndirilməsi üzrə işimizin mərkəzində dayanmalıdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.