Siyasət

Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib - FOTO

15 Noyabr 2019 16:15
Baxış: 450

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olundu.

Söhbət zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələri, o cümlədən məscidləri məhv etməsi vurğulandı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və işğalçı Ermənistanla diplomatik əlaqə qurmadığına görə Səudiyyə Ərəbistanının mövqeyi yüksək qiymətləndirildi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.