Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasında dəyişiklik edililib - Fərman
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası"nda dəyişiklik edilməsi fərman imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 12, maddə 2568) ilə təsdiq edilmiş "Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1.12-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.1.13-cü yarımbənd əlavə edilsin:
"2.1.13. növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.".
3-cü hissənin adından "üsulu" sözü çıxarılsın;
4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddinə tətbiq olunan məhdudiyyətlər
4.1. İcmal büdcə xərclərinin bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin növbəti il üçün proqnozlaşdırılan inflyasiya səviyyəsi nəzərə alınmaqla indeksləşdirilmiş məbləğinin 103 faizindən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi aşağıdakı düsturla hesablanır:
Düstur 5:
İX = İXct * (1 + İpn%)*(1 + 3%)
burada:
İXct - cari ilin təsdiq olunmuş icmal büdcə xərcləri;
İpn - növbəti ilin proqnozlaşdırılan inflyasiya səviyyəsi.
4.2. Bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq növbəti il üçün hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi bu Qaydanın 4.1-ci bəndinə uyğun hesablanmış həddən az olduqda, bu Qaydanın 3-cü hissəsinə uyğun olaraq hesablanmış məbləğ icmal büdcə xərclərinin yuxarı həddi kimi qəbul edilir.
4.3. İcmal büdcə xərclərinin hesablanmış yuxarı həddi əsasında növbəti büdcə ili üçün proqnozlaşdırılan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsuluna nisbəti növbəti büdcə ili üçün hədəflənən göstəricidən çox olduqda, icmal büdcə xərclərinin yuxarı həddi növbəti il üçün hədəflənən nisbət göstəricisinə uyğun həddə azaldılır.".
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Fərman 2019-cu il oktyabrın 1-dən tətbiq edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Azərbaycan Cənubi Qafqazın yeni arxitekturasında - "Anadolu" agentliyində Mixail Qusmanın məqaləsi yayımlandı
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - (Foto)
XƏBƏR LENTİ
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı
-
ABŞ ordusunda xidmət edən azərbaycanlının meyiti tapıldı - (Foto)
-
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı
-
Rüfətin qızı tələbə oldu: İcazə vermədim
-
Kamilo Duran ilk dəfə Kolumbiya millisinə çağırıldı
-
Bakıda universitetlər bura köçür - İlk böyük addım atıldı (Video)
-
Rusiya Ukraynaya 252 meyit verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar





