Deputat: "Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir" - FOTO
Azərbaycan ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq sürətlə inkişaf edir.
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Eldəniz Səlimov deyib.
Onun sözlərinə görə, Çin ilə Azərbaycan arasındakı əlaqələrin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətinin iştirakı ilə "TRACECA-Tarixi İpək Yolunun Bərpası" ilə əlaqədar keçirilən konfransda qoyulub.
Deputat bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib: "Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verdilər. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır".
E.Səlimov hesab edir ki, "Bir Kəmər, Bir Yol" təşəbbüsü nəqliyyatda yeni imkanların yaradılmasına, ticarət, turizm, xalqlararası münasibətlər, Avroasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir: "Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".
Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan Çinin Avroasiya məkanında əməkdaşlıq üzrə əsas tərəfdaşlarından biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)
-
Yay istisində rahat yatmağın yolları
-
Melaniya Tramp milyonlar qazandı
-
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır - (Foto)
-
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
-
Gəncədə xəstəxanaya müayinəyə gələn qadın öldü
-
Azərbaycanda zəlzələ oldu
-
"Aşkı-Memnu"nun ulduzu yeni serialla qayıdır
-
Sabah çimərliklərdə 25 dərəcə isti olacaq
-
Tramp Obama və Baydenlə futbola baxmaq istəyir
-
Abşeronda müşahidə edilən çəyirtkələrlə bağlı rəsmi cavab: Vəziyyət nəzarətdədir
-
Bazar günü çox isti olacaq
-
Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - (Video)
-
Cavidan Novruzun Sənubər İsgəndərli ilə selfisi gülüş yaratdı - (Video)





