“Atdığım nəlbəki təsadüfən qızımın ayağına dəydi” - Fuad Qəhrəmanlı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini vəzifəsindən istefa verən Fuad Qəhrəmanlını növbəti dəfə ailəsində baş verənlərə münasibət bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə şəxsi Feysbuk hesabında yazıb.
Qəhrəmanlı son dəfə bəzi məsələlərə aydınlıq gətirərək, bu mövzunu bağladığını bildirib:
"Belə bir vəziyyətdə mənə irad tutulur ki, niyə qızım Selcanın yazısına ilk reaksiya verərkən onun profilinin oğurlandığını demişəm? Selcanın bu məlum yazısını görəndə bir ata kimi şok oldum. Deyə gülə, ailəlikcə sevgi ilə xaricə yola saldığım Selcandan belə bir yazı gözləmədiyimdən və onunla heç cür əlaqə saxlaya bilmədiyimdən bu qənaətə gəldim ki, yəqin profili oğurlanıb. Selcanın bu yazsına səbəb, onun Əli Kərimlinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına dair bir statusun altında istehza xarakterli rəy yazmasına etiraz edib silməsini istəməyim olub. Bu rəyi sildikdən sonra, o mənim təkidimə məlum yazı ilə reaksiya verib.
Bu mövzuda yazanların bəziləri məqsədli şəkildə mənim "ujas" filmlərindəki kimi amansız, sümük qıran, qana susamış obrazımı yaratmağa çalışırlar. Əslində, bu ifadənin meydana çıxmasına səbəb 5 il öncə mübahisə zamanı, stolun üstündəki nəlbəkini atmağım olub. Bu zaman tam təsadüfən nəlbəki balaca qızımın ayağına dəydi. Buna görə mən çox peşiman oldum və bu olaya görə çox üzüldüm. Ümumiyyətlə, nəinki döymək, heç vaxt övladlarıma çırtma da vurmamışam.
Digər bir tərəfdən mən bildirmişəm ki, Selcanın məlum yazısına baxmayaraq, mənim övladlarıma münasibətim dəyişməz olaraq qalacaq. Ancaq nə baş verir, bir dəstə adam sanki Bastiliyanı alırmış kimi dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız. Selcanamı acıyırsınız?
Qətiyyən, o zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə, atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün keçirilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız. Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı. Ancaq bu gün olduğu kimi, sabah da onun qayğılarında, problemlərinin həllində yanında olacaq atası ilə arasına girərək həm də ona qarşı pislik etdiyinizin fərqində deyilsinizmi? Sizi Selcanın taleyi yox, mənə, mənsub olduğum təşkilata, onun liderinə qarşı kin küdurət birləşdirir və hərəkətə gətirir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
XƏBƏR LENTİ
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)
-
"Real Madrid" "Yeni Messi"ni heyətə qatmağa yaxındır - (Foto)





