Siyasət

"Bu, Ermənistan rəhbərliyinin növbəti təxribatıdır"

6 Avqust 2019 10:53
Baxış: 1 317

Ermənistanın avqust aynın 6-da işğal altında qalan əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağda ümumerməni yay oyunlarının keçirilməsi ideyası Ermənistan rəhbərliyi tərəfindən növbəti təxribatdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, son illərdə Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunan 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, "Formula 1" Bakı Qran Pirisi, I Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, bu yaxınlarda 48 ölkəni təmsil edən 3900-dən çox idmançı və texniki heyyətin iştirakı ilə Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsi Azərbaycanın durmadan artan gücündən və beynəlxalq nüfuzundan xəbər verir:

"Ermənistan rəhbərliyi Azərbaycanın bu uğurları qarşısında nə edəcəyini bilmir. Onların gücü ancaq müxtəlif təxribatlar törətməklə işğalçılıq siysətlərinin ömrünü uzatmaq istəyirlər. Bunun üçün isə hər cür vasitələrə əl atırlar. İnformasiya vasitələrinin verdiyi məlumatlara görə, Ermənistana qonşu olan Türkiyə, İran və Gürcüstan idmançıları bu oyunlarda iştirak etməyəcək. Bu isə Azərbaycanın həm regionda, həm də dünyada yüksək nüfuza sahib olduğundan xəbər verir. Bu ölkə idmançılarının oyunlarda iştirakdan imtina etməsi Ermənistan rəhbərliyinin onsuz da aşağı olan nüfuzuna yeni bir zərbədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.