Siyasət

Müttəfiqlik münasibətləri haqqında müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir - Sadır Japarov

31 İyul 2026 10:16
Baxış: 202

Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bugünkü danışıqların mühüm nəticəsi oldu. Bu, həqiqətən tarixi hadisədir və Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir.

Milli.Az xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında söyləyib.

Qırğızıstan Prezidenti, həmçinin enerji, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarlarının tənzimlənməsi və qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərlə bağlı əhəmiyyətli bir paketinin imzalandığını vurğulayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.