Siyasət

Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirildi

13 May 2019 17:49
Baxış: 459

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai rayonu icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Milli.Az xəbər verir ki, tədbir dövlət himninin səslənməsi ilə başlanıb.

Tədbirdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov d və başqa rəsmi qonaqlar iştirak ediblər.

Tanınmış müğənnilər Elnur Məmmədov, Dana Durdana, Nur Cəfərli, Zeynəb Həsəni, Cəvahir Abdulovanın iştirakı ilə keçirilən konsertdə Ulu öndərə, vətənə həsr olunmuş mahnılar səslənib, "Səma" və "Turac" rəqs qruplarının ifasında rəngarəng rəqslər təqdim olunub. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.