Siyasət
Misirin "The Daily News Egypt" qəzetində "Azərbaycanın müstəqilliyi: nailiyyətlər və perspektivlər" adlı məqalə dərc edilib
20 Oktyabr 2011 09:27
Baxış: 1 066
Azərbaycanın dövlət müstəqilliyinin
bərpasının 20-ci ildönümü münasibətilə Misirin nüfuzlu "İnternational
Herald Tribune" qəzetinin regional nəşri olan "The Daily News Egypt"
qəzetində ölkəmizin səfiri Şahin Abdullayevin "Azərbaycanın
müstəqilliyi: nailiyyətlər və perspektivlər" adlı məqaləsi dərc
edilmişdir.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edildiyinin vurğulandığı məqalədə diplomat Şərqin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisi kimi ölkəmizin müstəqilliyini bərpa etdiyini, beynəlxalq aləmə inteqrasiya yolunda inamla irəliləyərək qısa müddətdə BMT-yə və ATƏT-ə üzv olduğunu diqqətə çatdırmışdır. Səfir Azərbaycanın tarixən tərkib hissəsi olduğu və birgə irsi bölüşdüyü islam ölkələri ilə də əlaqələrini bərpa etdiyini və qarşılıqlı faydalı münasibətlər qurduğunu bildirmişdir.
Məqalədə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi, həmin ərazilərdə zəngin islam maddi mədəniyyət abidlərinin və məscidlərin viran olunması barədə oxuculara ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, belə bir ağır vəziyyətdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan qısa müddətdə bütün təhlükələrdən xilas olmuş, davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Səfir ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində hakimiyyətin gücləndiyini, xarici əlaqələrin genişləndiyini, Ermənistan ilə atəşkəsin əldə olunduğunu, ölkədə genişmiqyaslı demokratikləşmə prosesinin başlandığını, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, ölkədə aparılan demokratikləşmə sahəsində görülən işlərin bariz nəticəsi kimi, Azərbaycan Avropa Şurasına üzv qəbul edilmişdir.
Ümummilli lideri Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bu gün dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd edən Ş.Abdullayev Azərbaycanın neft-qaz ixrac kəmərləri şəbəkəsi ilə Şərq-Qərb enerji dəhlizində və Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynadığını vurğulamışdır.
Diplomat ölkəmizin mədən sənayesində şəffaflıq təşəbbüsünü fəal şəkildə dəstəkləyən dövlətlərdən olduğunu qeyd etmiş, gənclər siyasəti, elm-təhsil və "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barəsində məlumat vermişdir.
Azərbaycanda qeyri-neft sektorunun inkişafı və sənayeləşmə istiqamətində görülən məqsədyönlü tədbirlərə toxunan Ş.Abdullayev 2003-cü il ilə müqayisədə 2009-cu ildə Azərbaycanda yoxsulluğun 49 faizdən 9 faizədək azaldığını diqqətə çatdırmışdır.
Məqalədə Azərbaycanın nəqliyyat infrastrukturunun, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması sahəsində regional mərkəzə çevrilməsi haqqında ətraflı məlumat verən səfir ölkəmizin bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd etmişdir. Diplomat BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə namizəd olan Azərbaycanın seçildiyi təqdirdə, humanitar yardım siyasətini daha fəal şəkildə davam etdirəcəyini vurğulamışdır.
Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu qeyd edən səfir ölkəmizi daha böyük perspektivlərin gözlədiyini oxucuların diqqətinə çatdırmışdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
XƏBƏR LENTİ

Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)